SON DƏQİQƏ

“Ümüd Xeyriyyə Cəmiyyəti” növbəti sünnət kompanyasını keçirtdi- FOTOLAR

Tarix:28-05-2021, 01:29

26.05.2021-ci il tarixində aztəminatlı ailələrinin övladları üçün sünnət kompanyasının növbəti mərhələsi keçirildi. 
Xəbər verdiyimiz kimi bir neçə gün əvvəl “Ümüd Xeyriyyə Cəmiyyəti”-nin rəhbəri Raya Məlikova və xeyriyyəçi iş adamı Seyid Mirazad müəllimin dəstəyi ilə  110 aztəminatlı ailələrinin oğlan uşağı üçün  sünnət kompanyasına start verildi. 
Bakı şəhəri və Bakı ətrafı kəndlər və Sumqayıt şəhərində yaşayan çoxuşaqlı aztəminatlı, əlil ailələrinin ümumilkdə 6 ailənin 10 övladı sünnət olundu. 

İslamzadə Həsən 
İslamzadə Yusif 
Fətulla Abbas 
Məsimov Harun 
Allahverdiyev Həsən 
İsmayılzadə Əliəkbər 
Məmmədov Əliəkbər
Məmmədov Fərid
Nəcəfov Yunis
Nəcəfov Yusif

Sumqayıt şəhər uşaq xəstəxanda uşaqlar qeydiyyata alınaraq cərahiyyə şöbəsində yüksək səviyyədə, pandemiya qaydalarına uyğun olaraq, bütün analizlər verilməklə uşaqlar sünnət olaraq valdeynlərinə təhfil verildi.  

                                                                                
“Ümüd Xeyriyyə Cəmiyyəti”-nin rəhbəri Raya Məlikova iş fəaliyyətinin çox hissəsini uşaqlara qayğı göstərərək keçirib:  

- Sevincimiz, xoşbəxtliyimiz cəmiyyətin gələcəyi olan uşaqlardır. Xalqımıza yüksək xidmət göstərmək və bizə müraciət edən aztəminatlı ailələrin övladlarını sünnət etdirmək boynumuza düşən borcdur. Allaha həmd olsun ki, bu gündə uşaqları yüksək standartlara uyğun olaraq sünnət etdirərək ailərinə təhfil verdik.

Xeyriyyəçi və iş adamı Seyid Mirazad müəllim bizimlə fikirlərini bölüşdü:   

                                                                        
- Uşaq dünyanın ən böyük səadətidir. Bu gün hər birimizin borcudur ki, gələcəyimiz olan uşaqlara qayğı ilə yanaşaq. Bu qayğını keçirdiyimiz  kompanyada   əməyi, zəhməti olan hər kəsdən hiss edirəm və öz adımdan minnətdarlığımı bildirirəm. Aksiyamızda olan uşaqların sünnət əməliyyatını yüksək ixtisaslı, təcrübəli  həkim Rafael Soltanov həyata keçirir və şükürlər olsun uşaqların səhətində heç bir problem yaranmayıb. 

Xəstəxanın cərahiyyə şöbəsinin cərrahı, bir sıra xarici ölkələrdə çalışaraq  beynəlxalq sertifikatlara layiq görülən uşaq cərrahı, uroloqu Rafael Soltanov öz müsahibəsində bildirdi:  



- Bu gün respublikanın özəl, dövlət xəstəxanalarında anadangəlmə, sonradan yaranan, fəsadlardan  törədilən ağır əməliyyatların bir çoxunu mən edirəm.                         
Start verdiyiniz sünnət kompanyasının bu gün 2-ci mərhələsində yığılan 10 uşağı sünnət etdim.  Şükür kiçik əməliyyat sayılan sünnət uğurla başa çatdı.  Yaxın günlərdə  mübarək Ramazan ayını yaşadıq. Ramazan ayında biz hər zaman öz tərəfimizdən aztəminatlı ailələrə yardım və köməklər edirik. Allah bu aylarda yaxşılıq edənləri iki qat   mükafatlandırar. Yeganə xanım sizin sayıtınız vasitəsi ilə xeyir əməl sahibi  Seyid Mirzazad müəllimə və Raya xanıma  nəcib əməllərinə görə öz təşəkkürümü bildirirəm.  

Sonda uşaqlara “Ramazan”, “Quran” kitabları, fəxri təltif, müxtəlif oyuncaqlar və şirniyyatlar təqdim olundu. 
Xatirladaq ki, ən kiçik uşaq 4 aylıq, ən böyük uşaq 7 yaşında idi.


Hər zaman sağlam olun!

Yeganə Telmanqızı 
 “XeberTıme.az”




                                                                                                                                                                          

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ