SON DƏQİQƏ

Meksika Azərbaycan rəssamlarının gözü ilə- FOTOLAR

Tarix:28-05-2021, 23:22

27 may saat 17:00-da "Azərkitab"da 28 May - Respublika gününə həsr olunmuş, " Meksika Azərbaycan rəssamlarının gözü ilə" adlı sərgi-tədbir keçirildi.
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.  Sərgini  giriş sözü ilə sərginin layihə rəhbəri Elnurə İsgəndərova açaraq  qonaqları və iştirakçıları sərgi haqqında geniş məlumatlandırdı. Sonra sözü Meksika Birləşmiş Ştatlarının  Azərbaycandakı Səfiri Xuan Rodrigo Labardini Flores çıxış edərək belə sərgilərin 
iki ölkə arasında mədəni əlaqələrin inkişafına böyük dəstək olduğunu, nümayiş olunan rəsm əsərləri sayəsində özünü Meksikada hiss etdiyini bildirdi. Bu sərgi-tədbirin 28 May -  Respublika Gününə həsr olunması və bütün azərbaycanlılar üçün əziz olan bu bayramı Meksika Səfirliyi ilə qeyd etdiyinə görə sərgi-tədbirin təşkilatçıları Azərkitabın layihə rəhbəri Sabir Həsənov və Azərbaycan Rəssamlar İttifaqının üzvləri, rəssam
sərgi-tədbir təşkilatçıları Elnurə və Aygün İsgəndərovalara dərin təşəkkürünü bildirdi və 
Azərbaycanda Meksika mədəniyyətini, incəsənətini və qarşılıqlı dostluğunu təbliğ etdiklərinə görə səfirliyin xüsusi Təşəkkürnamə Sertfikatı ilə təltif etdi.
Sonra tədbir karantin qaydalarına uyğun olaraq onlayn şəkildə davam etdi. 
Tədbiri giriş sözü ilə "Azərkitab"ın layihə rəhbəri Sabir Həsənov açmış və 1918-ci il şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının önəmindən bəhs etmişdir.
Tədbir Meksika səfiri Xuan Rodrigo Labardini Flores, MŞ sədri Əflatun Amaşov, Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, şair  Yusif Nəğməkar və digər ziyalıların çıxışları ilə davam etdi. Və çıxışçılar 28 May ərəfəsində belə beynəlxalq sərgi-tədbirlərin ölkəmiz üçün önəmindən bəhs edərək təşkilatçılara təşəkkür etdilər. Sonda sərgidə iştirak edən rəssamlar diplomla təltif olundular.

Xüsusi müxbir: Aygün Oqtay
Fotoqraf: Ramin Qurbanov

“XeberTıme.az”
                                                                                                                                                                      

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ