SON DƏQİQƏ

Şəhid Elvin İsmayılovun və şəhid Ruslan Yarmetovun adını daşıyan bulaq kompleksi açıldı- FOTOLAR\VİDEO

Tarix:29-05-2021, 00:55

44 günlük Vətən müharibəsi bizim Zəfər salnaməmizdir!                  

28.05.2021-ci il tarixində Sumqayıt şəhər 10-cu mikrorayon 60-ci binanın qarşısında Şəhid Elvin İsmayılovun və şəhid Ruslan Yarmetovun adını daşıyan  bulaq kompleksi açıldı. İşğal olunan torpaqlarımızın azad olunması uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra şəhidlərin ruhuna dualar oxundu, Allahdan onlara rəhmət diləndi. Bulaq kompleksi  şəhidlərin ailə üzvülərinin iştirakı ilə açıldı və bulağın önünə gül dəstələri qoyuldu. Açılış mərasimində Sumqayıt şəhər icra hakimiyyətinin nümayəndələri, Sumqayıt Cümə məscidinin axundu Rauf Sərdarov, şəhid anaları, şəhidin ailə üzvüləri, yaxınları, I Qarabağ müharibəsinin qaziləri, Vətən müharibəsinin qazisi Həsən Yaqubovda  iştirak edirdi. Şəhidlərin ailə üzvüləri şəhidlik zirvəsinə ucalan övladlarından xoş xatirələr danışaraq bir daha onları yad etdilər. Sumqayıt şəhər V.İbrahimov adına 35 saylı tam orta məktəbin yuxarı sinif şagirdləri İlahə Nəbiyeva, Mələk Cəbrayılova və Sumqayıt şəhər H.Aslanov adına 22 saylı tam orta məktəbin aşağı sinif şagirdləri şəhidlik zirvəsinə, işğaldan azad olunmuş torpaqlara həsr olunmuş seirlər söylədilər.                                                                                                     

Şəhidlərin ailə üzvüləri mərasimdə iştirak edən şəhər ictimayyətinə və şəhid analarına onların yanlarında olduqları üçün təşəkkür etdilər.                                                      

Xatırladaq ki, şəhid İsmayılov Elvin Arif oğlu 2020-ci ildə həqiqi hərbi xidmətə getmiş Vətən müharibəsində igidliklə vuraşaraq  2 oktyabr 2020- ci il tarixində şəhidlik zirvəsinə uçalmışdır. Subay idi.  Şəhid Yarmetov  Ruslan Hacımərdan oğlu I Qarabağ müharibəsində cəsurluqla vuruşub 30.06.1994-ci il tarixində  tarixində şəhidlik zirvəsinə uçalmışdır. Ailəli idi, 2 övladı yadigar qalıb.                            

Ənənəmizə sadiq qalaraq  “Ümüd Xeyriyyə Cəmiyyəti”nin rəhbəri Raya Məlikova və “XeberTıme.az” informasiya portalının rəhbəri Yeganə Telmanqızı şəhidin anası Sevil İsmayılovanı “Şəhid Anası” fəxri diplomu ilə təltif edərək şəhidin şəxsi guşəsi üçün müqəddəs kitabımız olan Quran hədiyyə etdilər.                                             


“Ümüd Xeyriyyə Cəmiyyəti”nin rəhbəri və “XeberTıme.az” sayıtının xüsusi muxbiri Raya Məlikova tədbir baradə öz fikirlərini bizimlə bölüşdü:                                     


- Qəhrəman oğullarımızın canını Vətənə qurban, sinəsini sipər edən igidlərimizin sayəsində 44 günlük Vətən müharibəsindən qalib çıxdıq. Hər birimizin borcudur ki, şəhid ailələrinin dərdinə şərik olaq. Mən daima şəhid ailələrini diqqətdə saxlayaraq onların ailə üzzvülərini  ziyarət edirəm. Şəhid anasının  boynumuzda haqqı var, bu haqqı ödəmək hər biz vətəndaşın insanlıq borcudur. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. 

Sonda şəhidin adını ehsan süfrəsi verildi. 

Açılış mərasimindən çəkilən video roliki sizə təqdim edirik: 


Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

 Yeganə Telmanqızı 

 “XeberTıme.az”



                                                                                                                                                                         

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ