SON DƏQİQƏ

Sabahdan rayonlara gediş-gəliş bərpa olunur: 72 istiqamət...

Tarix:30-05-2021, 22:36

May ayının 31-də saat 09:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) 1 il 2 ay davam edən fasilədən sonra ilk avtobuslar regionlara yola düşəcək. 
XeberTıme.az  xəbər verir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən  bildirilib ki, BBAK-dan 72 istiqamət üzrə 663 avtobus sabahdan etibarən xidmətə cəlb olunub. Sərnişinlərə səfərdən öncə “avtovagzal.az” saytında şəhərlərarası (rayonlararası) sərnişindaşımanı həyata keçirən avtobusların fəaliyyətinə dair və şəhərlərarası (rayonlararası) avtobus marşrutlarının fəaliyyətinin bərpa edilməsi ilə bağlı avtovağzallara dair təlimatla tanış olmaq tövsiyə edilir.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ