SON DƏQİQƏ

Uşaqlar günündə şəhid övladlarını unutmadıq+FOTOLAR\VİDEO

Tarix:1-06-2021, 01:36

“Ümid Xeyriyyə Cəmiyyəti” 1 iyun Uşaqların Beynəlxalq Müdafisə günü münasibəti ilə şəhid övladlarını sevindirdi.
Vətən müharibəsində xalqımızın qəhrəman oğulları Zəfər çalaraq qalibiyyəti əldə etdilər. Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini daima yad etmək hər bir azərbaycanlının borcudur.                                                    
“Ümid Xeyriyyə Cəmiyyəti” mütəmadi olaraq torpaqlarımızın azadlığı uğrunda canından keçmiş, oğullarımızın doğum və anım günlərində şəhidlərimizin əziz xatirələrini yad edərək onlarla bağlı silsilə tədbirlər keçirirlər. 
“Ümid Xeyriyyə Cəmiyyəti”-nin rəhbəri Raya Məloikovanın və Sumqayıt şəhər V.İbrahimov adına 35 saylı tam orta məktəbin ibtidai sinif müəlliməsi Nigar Vəliyevanı təşkilatçılığı ilə  şəhid ailələrini ziyarət edərək şəhid övladlarını təbrik etdilər. Şən klounlar, cizgi filiminin qəhrəmanları və məktəbin şagirdləri şəhid övladlarını təbrik etdilər. Şagirdlər mahnılar oxuyaraq, seirlər  söylədilər. Şən klounlar, cizgi filiminin qəhrəmanları uşaqları əyləndirdilər. Onlara müxtəlif   hədiyyələr təqdim etdilər.                                                                                      


Bu tədbirdən xoş təsürratla olan Raya Məlikova bizə ailələrlə bağlı görüşlərindən danışdı:                                                                                                       
- Şəhid övladlarına diqqətlə yanaşmaq qayğı göstərmək hər birimizin borcudur. Şəhidlərin bizlərə əmanət qoyduqları övladları qoruyaraq saxlamalıyıq. Bu gün  azda olsa üzlərini güldürüb, qəlblərini sevindirə bildiksə nə xoş bizlərə.                                                              
Bu gün 9 şəhid, 2 qazi, 2 aztəminatlı (biri əlil olmaqla) ailənin övladları idi. Gələcəyimiz olan uşaqları 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bütün balalara möhkəm cansağlığı, sevgi, sevinc, xoşbəxt gələcək arzulayıram!                                                          

Gənc müəllimə Nigar Vəliyeva bizimlə həmsöhbət oldu:                                                                 

- Şəhidlər xalqımızın şərəf və qəhrəmanlıq zirvəsidir. Azərbaycanın 44 gün davam edən və ordumuzun inamlı qələbəsi ilə başa çatan Vətən Müharibəsi neçə-neçə həyat hekayəsi, qəhrəmanlıq salnaməsi ilə yaddaşlara həkk olundu. Həkk olunanlar sırasında bizə oğulların əmanəti olan övladları var. Biz bu övladlara qayğımız əsirgəməməliyik.  Dərs dediyim şagirdlərə şəhid övladarına diqqət və qayğı ilə yanaşmağı təbliğ edirəm. Bu gün yanımızda bizimlə bərabər dərs dediyim şagirdlərlə bu ailələri ziyarət edirik. Məqsədimiz böyüməkdə olan nəslə, cəmiyyətə Vətənimizin qəhrəman  oğullarının övladlarını tanıtmaqdır. Sayıtınız vasitəsilə sinifimin valdeynlərinə öz dərin təşəkkürümü bildirirəm. 
Xatırladaq ki, “Ümid Xeyriyyə Cəmiyyəti” və Sumqayıt şəhər V.İbrahimov adına 35 saylı tam orta məktəbin ibtidai sinif müəlliməsi Nigar Vəliyeva Vətən müharibəsində  şəhidlik zirvəsinə ucalan 5 şəhid ailənin. 1 Vətən müharibəsi qazisinin, 1 aztəminatlı ailənin- ümumilikdə 13 uşağı hədiyələrlə sevindirdilər. Ailələrdə xatirə şəkillər çəkdirdilər.  

Bayramınız mübarək əziz uşaqlar!

Yeganə Telmanqızı 
 “XeberTıme.az”





                                                                                                                                                                                                                                             

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ