SON DƏQİQƏ

“Lider TV” əməkdaşlarının son iş günü - VİDEO

Tarix:1-06-2021, 02:04

Xəbər verdiyimiz kimi, iyunun 1-dən etibarən "Lider TV" fəaliyyətini dayandırır.
XeberTıme.az  bildirir ki, telekanalın əməkdaşları bu gün "Lider TV"nin binasına toplaşıblar.

Onlar arasında kanalın sabiq əməkdaşları da olub. Bu kanaldan yolu keçənlər son gündə bir araya gələrək "Lider TV" ilə vidalaşıblar.

Qeyd edək ki, "Lider TV və Radio-Azərbaycan" MMC-nin müflisləşməsinin məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunduğunu nəzərə alaraq, Milli Televiziya və Radio Şurası "Lider TV və Radio-Azərbaycan" MMC-nin televiziya və radio yayımının 1 iyun 2021-ci ildə saat 00:00-dan etibarən dayandırılması barədə qərar qəbul edib.



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ