SON DƏQİQƏ

Qadın sahibkarların əl işlərinin satış-sərgisi təşkil olunub

Tarix:1-06-2021, 22:48

İyunun 1-də Xaçmaz rayonunda Kiçik və Orta Biznesin İnkişaf Agentliyi (KOBİA) tərəfindən qadın sahibkarların əl işlərindən ibarət satış-sərgi təşkil olunub.
“Xaçmaz KOB evi”nin qarşısındakı parkda keçirilmiş sərginin məqsədi müxtəlif əl işləri hazırlayan qadın sahibkarların əl işlərinin satışına dəstək göstərməkdir. 
Sərgidə Xaçmaz rayonundan olan 10-na yaxın qadın sahibkar tərəfindən hazırlanmış toxuma oyuncaqlar, müxtəlif aksesuarlar, sabunlar, dekorativ əşyalar və digər əl işləri nümayiş olunub
.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ