SON DƏQİQƏ

Millimiz son dəqiqələrdə vurduğu qol ilə Belarusa qalib gəldi

Tarix:2-06-2021, 22:41

Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti yoxlama oyununa çıxıb.
XeberTıme.az  xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi kollektiv səfərdə Belarusla qarşılaşıb.
Minskdəki “Dinamo” stadionunda keçirilən oyunda ilk hissədə qapılara qol vurulmayıb. İkinci hissədə meydan sahibləri hesabı açsa da, millimiz matçda geridönüş edə bilib. Bədavi Hüseynov və Ramil Şeydayevin vurduğu qollar yığmamıza 2:1 hesablı qələbə qazandırıb.
Azərbaycan millisi bundan əvvəlki yoxlama oyununda Türkiyəyə 1:2 hesabıyla uduzub.
Yoxlama oyunu
2 iyun
20:00. Belarus – Azərbaycan - 1:2
Qol: M.Skaviş, 56 - Bədavi Hüseynov, 73, Ramil Şeydayev, 90+1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ