SON DƏQİQƏ

44 günlük müharibədə tarix yazan Azərbaycan qəhrəmanları: Mehman Yusifov və Ruslan İmanquliyev

Tarix:3-06-2021, 17:47

Sumqayıt şəhər 9 mikrorayonda Vətən müharibəsi  şəhidlərinin yaşadağı 30 saylı binaya onların adını daşıyan xatirə lövhəsi vuruldu. 
Xatırladaq ki, Mehman Yusifov 1979-cu il iyulun 18-də Tovuz rayonunun Bayramlı kəndində Musa və Gülsüm Yusifovların ailəsində anadan olub. 1985-1996-cı illərdə Tovuz rayonunda E. Orucov adına Bayramlı kənd tam orta məktəbində təhsil alıb. Mehman Yusifov 1998-2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2002-ci ildən isə artıq Xüsusi Təyinatlı Qüvvələrdə gizir idi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində şücaətliklə vuruşub.
Azərbaycan Ordusunun baş giziri olan Mehman Yusifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsində qəhrəmanlıqla vuruşub. Oktyabrın 5-də Cəbrayıl döyüşləri zamanı şəhidli zirvəsinə ucalıb. Tovuz rayonunun Bayramlı kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin, mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Yusifov Mehman Musa oğlu ölümündən əvvəl və ölümündən sonra orden və medallarla təltif olunub.                                      

Günel Yusifova ilə ailəli idi. Məhəmməd, Süleyman və Fatimə adlı övladları yadigar qaldı.    
İmanquliyev Ruslan Natiq oğlu 1996-ci il 14 mart tarixində Sumqayıt şəhərində ziyalı ailəsində anadan olmuşdur. Ruslan Ramiyyə Səfərovanın yeganə övladı idi. O, 2003-cü ildə Sumqayıt şəhər H.Aslanov adına 22 saylı tam orta məktəbdə təhsil almışdır.
Ruslan İmanquliyev 2015-ci il iyun ayında həqiqi hərbi xidmətə çağırılır və 2017-ci ilin yanvar ayınadək xidmət edir. Hərbi sahəyə olan marağı 2019-cı ilin dekabr ayında Ruslan İmanquliyevi Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qayıtmağa sövq edir. Ruslan  İmanquliyev Priküşkül qəsəbəsində N saylı hərbi hissədə Tank Əleyhinə Tağımın qumbaraatan komandiri vəzifəsində MAHHXH  qulluqçusu vəzifəsində işləməyə başlamışdır.
2020-ci il 27 sentyabrda başlamış 2-ci Qarabağ müharibəsinin ilk gündən düşmənlə qarşı- qarşıya ön cəbhədə qəhrəmanlıqla vuruşur.  
Son döyüşü 2020-ci il 2 oktyabr Fizuli istiqamətində gedən ağır döyüşlərdə olur. Ruslan mboyun nahiyyəsindən vurulur, qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Ruslan İmanaquliyev  3 oktyabr Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarınə və vəzifə borcunu şərəflə yerinə yetirmiş İmanquliyev Ruslan Natiq oğlu ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif etmişdir.  Ruslan İmanquliyev 17.06.2020-ci il tarixində sevib seçdiyi Elvina xanım ilə ailə qurmuşdur.
Zəfəri, sevinci şəhidlərimizin sayəsində yaşadıq.

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
 

Yeganə Telmanqızı 
 “XeberTıme.az”


                                                                                                                                                                         
 
 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ