SON DƏQİQƏ

“Formula 1” Azərbaycan Qran-prisinə start verilir

Tarix:4-06-2021, 07:42

Bu gün saat 12:30-da ilk sərbəst yürüşlərlə “Formula 1” üzrə Azərbaycan Qran-prisinə start veriləcək.
XeberTıme.az xəbər verir ki, yarış proqramına əsasən, saat 16:00-da ikinci sərbəst yürüşlər, şənbə günü saat 13:00-da isə sonuncu – üçüncü sərbəst yürüşlər təşkil olunacaq.
Bununla yanaşı, elə həmin gün saat 16:00-da sıralama turu, bazar günü eyni saatda isə həlledici Qran-pri yarışı baş tutacaq.

Builki Azərbaycan Qran-prisi pandemiya səbəbində tamaşaçılarsız keçirilməsi ilə yanaşı, həm də maraqlı yarış intriqası ilə seçilir. Belə ki, öncəki Monako Qran-prisində yarış cədvəlindəki liderliyini əldən verən Luis Hemilton və “Mercedes” komandası Bakıda birinciliyini bərpa etməyə çalışacaq.
Hazırda britaniyalı pilotu ilk pillədə qərarlaşan niderlandlı Maks Ferstappendən 4 xal ayırır. Sonuncunun təmsil etdiyi “Red Bull” komandası isə mühəndislər kubokunda “Mercedes”i cəmi bir bal üstələyir.
Bir sözlə, Bakıda bütün “Formula 1” sevərləri olduqca maraqlı yarış gözləyir.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ