SON DƏQİQƏ

Bir qələm dostumuz da haqq dünyasına qovuşdu- FOTO

Tarix:4-06-2021, 07:55

Ruhun şad olsun Əziz Musa
Karona vurmuş  səni də yaxaladı.
Nə qədər dostları itirdik . İnanmazdıq ki, belə bir sağlam adam tez bir zamanda dünyasını dəyişər. Yaşın da elə çox deyildi Amma kifayət qədər kitabların dərc olunuşdu. Bulaq kimi qaynayırdin.
2019 - cu ildə  Türkiyənin Sivas şəhərində şeir festivalında bir yerdə olduq, gözəl, unudulmaz xatirələr yaşadıq..Şəhəri gəzərkən də ev üçün darıxırdın . Nəsə alıb otelə gətirirdin.  Ailəcanlı idin. Övladlarını düşünürdün. İran sərhəddindən keçəndə aldığın zeytun yagini buraxmadılar. Əvəzində sənə paltar dərmanı gətirməyə icazə verdilər.
Sərhəd boyu  avtobusla gedərkən pəncərədən Xudafərin səmtə nə qədər desəm də baxmadin.
Elə ki, Naxçıvan istiqamətinə yan aldıq, Necə də dolmuşdun. Gözlərində damla yaş gördüm. 
Çırtma vursaydın yanaqlarından qan tokulərdi. Dilinin altına ürək dərmanını qoyaraq gözlərini yumdum ki, tez o yerdən keçib gedəkş Tez də söhbəti dəyişdim. Axı doğulduğun məkan düşmən taptağindan idi. Qanunlarda olan boşluqları görüb çox dilxor olurdun. Hətta  bir neçə il əvvəl Azərbaycan televiziyasında bir müğənni ilə mübahisə etdin ki, abırlı geyinin. Özünüzü düz aparın demişdin.. Həmin müğənni səni təhqir edəndə qələm sahibləri, ziyalılar da susdu.
Gərək üzvü olduğun AYB nin sədri Anar müəllim, AJB yi rəhbərliyi , eləcə də Mətbuat Şurası  münasibət bildirəydi ki, televiziyalarda duzsuz, mənəviyyatsız  verilişlərə son qoyulsun. 
Jurnalist nüfuzunu qaldırmaq üçün milli məclisdə qərar qəbul olundu ki, deputatların əmək haqqı qaldırılsın. Axı sən Həcc ziyarətində olmuş Hacı idin. 39 şeir,poema kitabları yazmişdin. Məktəbdə müəllim idin. Şagirdlərə vətənin hər qarışıni sevdirirdin. Urəyinin yagın əridirdin ki, yeniyetmələr mərd, mübariz ruhda böyüsün.
Filologiya üzrə fəlsəfə doktoru idin. İlham çeşməsi qəzetini təsis etmişdi Prezidentin adını qəzetində başlıq seçmişdin . Ali baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuz ata- baba yurdumuzu erməni quldur taptağindan azad etdi. Necə sevinirdin  Əziz Musa .
Hamı ilə ünsiyyət qururdun.
Kabinetin qonaqlı, qaralı idi.Yazici Qızbəs Qəbələlinin tərtibciliyi ilə bir neçə almanax kitabları  çap olunarkən, həmin almanaxlarin həm məsləhətçisi, həm də redaktokoru olmuşdun. Bu sətirlərin müəllifinin də şeirləri almanaxlarda çap olunmuşdu. Türkiyə mətbuatında da şeirlərin dərc olunmuşdu. Xanim sairlərə daha çox diqqət və  qayğı gostərirdin.
Hamısı da sənin xətrini çox istəyirdi. Sənə çoxusu ata gözüylə baxırdı. Sözünü deyən cəsarətli qələm sahibi idin. Yumor hissin də güclü idi. Səninlə yoldaşlıq edən darixmazdı. Kabinetinə gələnlərə süfrə açardın. Vətən həsrətindən hey danışardın,  doğulduğun Cəbrayıl nisgilindən  deyə- deyə dünyadan köçdün.
Böyük qardaşının vəfatından sonra bir  ay da  heç yaşamadın. Qardaşına qovuşsun.  
Polad Həşimov haqqında poema yazmışdın. İgid qəhrəman haqqında ilk poemanı da siz yazmişdınız. Mənə də oxumuşdun. Əgər o əlyazmalar məndə olsaydı. Həkəri qəzetində həmin poemanı çap etdirərdim. Ruhun da şad olardi.
Paşinyana satirik bir şeir yazmışdın , çox mükəmməl və yerində yazılmış şeir idi. 
Nə yaxşı ki, YouTube kanalında sənin canlı danışığını yerləşdirdim.
Xalq artisti Taryel Qasımov da həmin tədbirdə idi. 
Məkanın cənnət olsun , Allah günahlarını bağışlasın. Ruhun şad olsun.
Əziz Musanin övladlarına , ailəsinə qələm dostları və öz adımdan  dərin hüznlə baş sağlığı veririk.


Rauf İlyasoğlu                                                                                                       
yazıçı-publisisit


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ