SON DƏQİQƏ

Qarabağ qaziləri ziyarət olundu

Tarix:5-06-2021, 10:59

Bu gün Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam, layihə rəhbəri Elnurə İsgəndərova, Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam, sərgi-tədbir təşkilatçısı, Abşeron Gənclərin İnkişafı İB-nin icraçı direktoru, Aygün İsgəndərova xüsusi hədiyyələri və  Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Kəlbəcər rayon bölməsinin sədri Gəncəli Mehdiyev ərzaq sovqatları ilə birgə bir qrup Qarabağ qazilərini ziyarət edib qayğıları ilə maraqlanıblar. Qazilərimiz Ənvər Qarayev,  Namiq Qasımzadə, Zakif Abbasov, Elşən Ələkbərov, Ruxsarə Cumayeva, Azad Musayev öz döyüş xatirələrini bölüşməklə yanaşı əsgərlərimizin 44 günlük Vətən müharibəsindəki şücaətlərindən söz açdılar.
Xüsusi müxbir: Aygün Oqtay  

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ