SON DƏQİQƏ

Qarabağ Azərbaycandır

Tarix:7-06-2021, 10:04

Şair Etibar Həsənzadənin "Qarabağ Azərbaycandır"  fərdi layihəsinin təqdimat mərasimi  keçirilmişdir.Azərbaycan İraq Mədəni Əlaqələr İctimai Birliyinin təşkilatçılığı ilə  Ali Baş Komandan İLHAM ƏLİYEVİN "Qarabağ Azərbaycandır" çağırışına qoşularaq  "Qarabağ Azərbaycandır"  fərdi layihəsini uğurla vətənpərvərlik ruhunda həyata keçirtdiyinə görə istedadlı şair, 1-ci qrup əlil  Etibar Həsənzadənin  layihəsinin təqdimat mərasimi  keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Əməkdar artistləri,  aktyor və rejissorlar, operatorlar Bakı şəhəri 525 saylı  tam orta məktəbin 3-cü sinif  şagirdləri, Daşkəsən şəhər Anar Mürsəlov adına məktəbin şagirdləri və Birliyin üzvləri iştirak edirdilər.
AİMƏ İB - nin sədri Tahirə Məmmədova tədbiri  açdi və   vətən uğrunda döyüşərək şəhid olmuş cəmi soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 
Tahirə Məmmədova şair Etibar Həsənzadənin məhsuldar  yaradıcılığı haqqında  geniş və ətraflı danişdi və istedadlı şairin şeirlərini səsləndirən aktyorlarimıza, klip çəkmiş rejissorlara dərin təşəkkürünü bildirdi və  təşkilatın adından Etibar Həsənzadənin adına yazılmış fəxri diplomu  səhhəti ilə əlaqədar tədbirdə iştirak etməsə də  Etibarın nümayəndəsinə təqdim etdi. 
Sonra layihədə fəal iştirak etmiş aktyor və rejissorlara fəxri diplomlar təqdim olundu.
Tədbirdə şairlərdən Nəsibə  İsrafilqızı, Rauf İlyasoğlu , Püstə Rəvan, yazıçı İradə Məlikova vətənpərvər mövzulu çıxışlar etdilər və şeirlər söylədilər. 
Azərbaycanın əməkdar artistlərindən Sərvər Əliyev, Nofəl  Vəliyev, Kəmalə Məmmədova, Cəlal Məmmədov, rejissorlardan Faiq Nağıyev, Hikmət Əliyev ,
təcrübəli və istedadlı aktyorlardan Əjdər Zeynalov, Nizami Ələkbərov, Fərid Vəliyev, Niyaməddin Səfərəliyev, aparıcı və ifaçı Mədinə Məlik fəxri diplomla 
təltif olunduqlarına görə tədbirin təskilatcısı AİMƏİB - nin sədri Tahirə Məmmədovaya və təşkilatın üzvlərinə təşəkkürlərini bildirdilər.
" Qarabag Azərbaycandır" adlı tədbir uğurla başa çatdı və iştirakçılar xatirə şəkli çəkdirdilər.

Rauf İlyasoğlu


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ