SON DƏQİQƏ

Sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyi – uşaqlar+FOTOLAR

Tarix:7-06-2021, 12:48

“Ümid Xeyriyyə Cəmiyyəti”nin təşəbbüsü ilə 10 gün ərzində 30 aztəminatlı, əlil, Vətən müharibəsi iştirakçısının övladları sünnət olundu.                                       Sumqayıt şəhər uşaq xəstəxanda uşaqlar qeydiyyata alınaraq cərahiyyə şöbəsində yüksək səviyyədə, pandemiya qaydalarına uyğun olaraq, bütün analizlər verilməklə uşaqlar sünnət olaraq valdeynlərinə təhfil verildi.  



“Ümid Xeyriyyə Cəmiyyəti”nin rəhbəri, xeyriyyəçi və nəcib əməllər sahibi və eyni zamanda   “XeberTıme.az”  sayıtının xüsusi müxbiri Raya Məlikova öz fikilrərini bizimlə bölüşdü:                                                                                                              

- Uşaq ailənin, xalqın, dövlətin ən qiymətli sərvətidir. Start verdiyimiz sünnət kompanyasında bu günə qədər 50 aztəminatlı ailənin övladları müsəlman olublar. Xeyriyyəçi, iş adamı Seyir Mirazad müəllimə öz adımdan və bu kompanyada əməyi, zəhməti olan hər bir kəs adından minnətdarlığımı bildirirəm.                                                                                                      
Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır.  Biz bu gün uşaqların qayğısına qalmalıyıq ki,  gələcəyimiz olan uşaqlar yaşadıqları torpağın, vətəndaşı olduğu ölkənin mənafeyini müdafiə etməyi bacarsınlar. Sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyi -uşaqlardır!                                           
Xeyriyyəçi və iş adamı Seyid Mirazad müəllim bizimlə həmsöhbət oldu.


- “Uşaqsız ev susuz dəyirmana bənzəyir”, - deyib ata-babalarımız. Hamımız uşaqlarımızın və gənclərimizin taleyi üçün məsuliyyət daşıyırıq. Məsuliyyət daşıyırıq ona görə ki, bu gün qayğısız böyüyən uşaqlarımız, gənclərimiz sabah Vətənin, millətin, xalqın gələcəyi üçün laqeyd olmasınlar. Çünki uşaqlar və gənclər millətimizin gələcəyidir. Bu günün uşağı sabahın əsgəri, zabiti  və Vətən qoruyucusudur.  
Xatırladaq ki, ən kiçik uşaq 1 aylıq, ən böyük uşaq 14 yaşında idi.
10 gün ərzində sünnət olunanların siyahısı:    
10 gün ərzində sünnət olunanların siyahısı:    
Babaşov Fərrux                                                                                 

Əlizadə Yusif                                                                                         
Abdullayev Hüseyn                                                                                      
Babaşov Elcan 
Pirizadə  Fuad                                                                                                        Sadıqzadə Əmrah                             
Abdullazadə Muhammədəli          
Lətifli Onur                 
Cibelik Ərdoğan                                                                                    
Mövsümov Məhəmməd                              
Tunar Dadaşov                                                               
Murad Elisgəndərov                                                                               
Əlişli Yusif                                                                                        
Əlişli Kərim                                                                                           
Aslanov Sahib     
Əliyev Mehdixan                                 
Əlizadə Ramal                                                                             
Səmədov Yəhya                                                                          
Məmmədov Hüseyn                
Məmmədzadə Əli                                                                        
Fərzəliyev Yusif                                                                      
Əhmədzadə Ümid                       
Abbasov Yusif                                                                                  
Abbasov Hüseyn                                 
İsmayılov Taleh 
Agayev Amil                                     
Yusifzadə Məhəmməd          
Allahverdiyev Həbib        
Hacıyev Turay   
Həsənov Toğrul                                                                                  

Bizdə “XeberTıme.az”  informasiya portalı olaraq sayıtımızın əməkdaşı və “Ümüd Xeyriyyə Cəmiyyəti”-nin rəhbəri Raya Məlikovaya, Xeyriyyəçi və iş adamı Seyid Mirazada, xeyriyyəçi xanım, sayıtımızın sosial məsələləri üzrə mütəxəsisi  Gülşən Quliyevaya, foto-müxbir Rahid Eynullayevə, həmçinin Sumqayıt şəhər Uşaq Xəstəxanasının baş həkimi Müşfiq Məmmədli başda olmaqla cərahiyyə şöbəsinin uşaq cərrahı Rafael Soltanov və zəhməti keçən tibb baçılarına öz dərin təşəkkürümüzü bildiririk. 

Hər zaman sağlam olun!
 
Yeganə Telmanqızı 
“XeberTıme.az”
 



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ