SON DƏQİQƏ

Sumqayıtda yeni marşrut xətti fəaliyyətə başlayacaq - YENİLİK

Tarix:8-06-2021, 23:31

Sumqayıt şəhərində yeni marşrut xətti fəaliyyətə başlayacaq.
XeberTıme.az  Xeberle.com-a  istinadən xəbər verir ki, bu barədə açıqlamasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisi Sultan Əsədov deyib. İdarə rəisi bildirib ki, yeni marşrut xəttinin istifadəyə verilməsi ilə bağlı layihə üzərində iş aparılır: "Yaxın aylarda "9a” saylı marşrut xətti fəaliyyətə başlayacaq. Yeni marşrut xətti Saray - Ceyranbatan- Sumqayıt marşrutu üzrə hərəkət edəcək.
S. Əsədov şəhərdaxili marşrutların ümumi şəkildə kart sisteminə keçməsi üçün müvafiq tədbirlərin də həyata keçirildiyini vurğulayıb: "Sentyabr ayına kimi bütün marşrutların kart sisteminə keçirilməsi planlaşdırılır”.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ