SON DƏQİQƏ

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" verlişi

Tarix:11-06-2021, 23:37

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Respublikamızın tanınmış vəkili Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra” verlişi 12.06.2021-ci il tarixində həftənin şənbə günü saat 14:30-da canlı yayımda, verlişin təkrarı isə bazar günü saat 14:30-da "Dünya TV"-nin efirində nümayiş etdiriləcək. 
Bu dəfə "Qanun və İcra" verlişində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170-176-cı maddələr “Yetkinlik yaşına çatmayanlara təyin olunan cəzalar”, 186, 187-ci maddələri “Əmlakı qəsdən məhv etmə” və 188-ci maddəsi “Mülkiyyət və İcarə hüquqlarının pozulması ilə bağlı”  mövzularını əhatə edən  fikir mübadiləsi aparılacaq. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə verlişə ünvanlanmış suallar cavablandırılacaqdır. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün verlişimizə ekspertlər dəvət etmişik:                                      

1. Vəfa Abdullayeva- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.        


2. . Ülviyyə Murtuzova - Yeni Nəsil Psixoloji və Sosial Dəstək İctimai Birliyinin  rəhbəri, Ailə məsələləri uzrə ekspert. 


3.  Qeys Musayev- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.
 

4. Sevinc Salehli- Psixoloq, həkim.

Yeganə Telmanqızı 
 
“XeberTıme.az” 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ