SON DƏQİQƏ

Zəfərin Mübarək Azərbaycan

Tarix:12-06-2021, 00:10

Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam Məlik Məmmədxanovun  “Zəfərin Mübarək Azərbaycan" adlı fərdi yaradıcılıq sərgisi keçirildi.
11.06.2021-ci il tarixində Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatında layihə rəhbəri və təşkilatçısı Elnurə və Aygün İsgəndərovaların olduğu 15 İyun Qurtuluş Gününə həsr olunmuş Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam Məlik Məmmədxanovun  “Zəfərin Mübarək Azərbaycan" adlı fərdi yaradıcılıq sərgisi keçirildi. 
YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov diplomatik nümayəndələri qəbul etdi.  Səmimi söhbət əsasında  Qurtuluş günümüzün memarı ulu öndərimiz Heydər Əliyevin  və zəfərimizin banisi Ali Baş Komandan İlham Əliyevin  həyat fəaliyyətindən və uğurlu siyasətindən söz açdı  və zəfəri özündə əks etdirən  bugünkü sərginin yüksək önəm daşıdığını bildirdi.
Sərgidə rəssamın zəfərimizə həsr olunmuş iki qardaş ölkənin liderlərinin portretinin təqdimatı ilə yanaşı Azərbaycan motivləri əks olunan 25 əsəri də nümayiş olunurdu.
Öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Giriş sözü ilə sərgini layihə rəhbəri Elnurə İsgəndərova açaraq sərgi haqqında fəxri qonaqlara və media nümayəndələrinə geniş məlumat verdi. Daha sonra çıxış edənlərdən
Meksika Birləşmiş Ştatlarının   Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Flores, KKTC Bakı 
təmsilçisi Növber Ferit Veçhi, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Kapitan Tofiq Əzizov, Professor Ənvər Həzərxanov, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov, "Bakı" Rəsm Qalereyasının direktoru Eldəniz Babayev, 279 nömrəli məktəbin direktoru Südabə Abdullayeva, Qızıl Aypara Cəmiyyətinin Kəlbəcər rayon bölməsinin sədri Gəncəli Mehdiyev, Mədəniyyət Nazirliyinin "Mədəniyyət" qəzetinin əməkdaşı Lalə Azəri 15 İyun Qurtuluş Günü və tarixi zəfərimiz münasibəti ilə Azərbaycan xalqını və bu gözəl, əsrarəngiz əsərlərin müəllifini təbrik etdilər.
Sonda çıxış edən rəssam Məlik Məmmədxanov zəfərimizi əsərlərində əks etdirdiyi üçün özünü xöşbəxt hesab etdiyini bildirərək  Türkiyə və Azərbaycan qardaşlığının daimi olmağını arzuladı.  Eyni zamanda gələcək əsərlərini də Qarabağda aparılan bərpa işlərinə həsr edəcəyini bildirdi.
Sonda layihə rəhbəri Elnurə İsgəndərova, təşkilatçı Aygün İsgəndərova, rəssam Məlik Məmmədxanov YAP Yasamal rayon təşkilatı adından fəxri fərmanlarla təltif olundular.

Xüsusi müxbir: Aygün Oqtay
Fotoqraflar: Mahir Əhmədov və Ramin Qurbanov


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ