SON DƏQİQƏ

Elçin Carçıyev Fəxri fərmanla və medalla təltif olundu

Tarix:12-06-2021, 02:47

Elçin Carçıyev Fəxri fərmanla və medalla təltif olundu
"Əfqanıstan Veteranları" İctimai Birliyi Ağstafa rayon filialının sədri Mirzahid Hacıyev və Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin "Salnamə" studiyasının Vətənpərlik filmlərinin layihə rəhbəri kinorejissor Kamalə Musazadə "CARÇOGLU GROUP" MMC-nin rəhbəri Elçin Carçıyevlə görüşdülər.
Elçin Carçıyev Sahibkarlıq fəaliyyətində əldə etdiyi uğurlara, pandemiya dövründə aztəminatlı ailələrə göstərdiyi yardıma, 44 günlük Vətən Müharibəsi dövründə orduya göstərdiyi diqqətə görə və eləcə də qazilərə, şəhid ailələrinə göstərdiyi maddi, mənəvi dəstəyə görə Ağstafa RİH-nin başçısı Seymur Orucov tərəfindən Fəxri Fərmanla təltif edildi. 
 44 günlük Vətən Müharibəsi dövründə arxa cəbhədən ön cəbhəyə göstərdiyi yardıma, Şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya, Şəhid övladlarının təhsil almasında göstərdiyi köməkliklərə, qazilərə göstərdiyi diqqət və qayğıya görə Elçin Carçıyev "Əfqanıstan Veteranları" İctimai Birliyi tərəfindən medalla təltif olundu.
Medal və Fəxri fərman "Əfqanıstan Veteranları" İctimai Birliyinin Ağstafa filialının sədri Mirzahid Hacıyev tərəfindən Elçin Carçıyevə təqdim olundu.

“XeberTıme.az”

                                                                                                                                                                         

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ