SON DƏQİQƏ

Doğulduğun günə salam olsun Şəhidim- FOTOLAR\VİDEO

Tarix:12-06-2021, 19:26

Yaşasaydı bu gün Vətən müharibəsi şəhidi Nurlan Abdalovun 21 yaşı tamam olurdu. 

Mərasim Şəhidlər Xiyabanında şəhidin məzarının ziyarəti ilə başladı. Əvvəlcə Vətən uğrunda canından keçmiş bütün şəhidlərin ruhuna dualar oxundu. Mərasimdə şəhidin ailə üzvüləri, yaxınları, şəhid anaları, Vətən müharibəsi qazisi Həsən Yaqubov, Sumqayıt Cümə məscidinin axundu Hacı  Rauf Sərdarov,  Sumqayıt icra hakimiyyətinin nümayəndələri, Sumqayıt şəhər Təhsil şöbəsinin əməkdaşları, Azərbaycanın Mədəniyyət xadimləri Azərbaycan Respublikanın Əməkdar artisti Mehriban Xanlarova,  müğənni-bəstəkar Arif Səlimov da iştirak edirdi.  Aprel  döyüşlərində şəhidlik zirvəsinə ucalan Əbdülməcid Axundovun anası Ceyran Həsənova, icra nümayəndələri, Hacı  Rauf Sərdarov şəhidlik məqamının uçalığından, şərəfli döyüş yolu keçmiş şəhidlərdən danışdılar. Tədbirdə iştirak edən hər bir kəs şəhid ailələrinə dəstək olaraq onların yanında olmağı özlərinə borc bildilər. Şəhidin dostları, ailə üzvüləri, iş yoldaşları manqa komandiri Nurlan Abdalov haqqında xoş xatirələrindən danışdılar. 


Xatırladaq ki, Qarabağ döyüşlərində qələbə tarixi yazaraq şəhidlik zirvəsinə ucalan MAHHXH  hərbi qulluqçu Nurlan  Faiq oğlu Abdalov 12 iyun 2000-ci il tarixində Biləsuvar rayonunda sadə, zəhmətkeş bir ailədə dünyaya gəlmişdir. 2006-2017-cı illərdə  Sumqayıt şəhər 14 saylı tam orta məktəbdə təhsil alır. 2018-2020-ci illərdə Ağcabədi, Haramı düzündə N saylı hərbi hissədə qulluq etmişdir. Nurlanın vətəninə, dövlətinə, xalqına sevgisi və hərbi sahəyə marağı onu hərbiçi olmaq arzusuna gətirib çıxarır. Hərbi qulluq illərində hərbi kurs keçir və  hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan Silahlı Qüvvələrində MAHHXH  qulluqçusu peşəsində çalışmağa başlayır. 

Sentyabrın 27-də başlanan torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə manqa komandiri Nurlan Abdalov fəal iştirak edir. Füzuli, Cəbrayıl, Xocavənd, Zəngilan, Qubadlı, Suşa uğrunda gedən döyüşlərdə xüsusi şücaət göstərərək döyüşür.  
4 noyabr 2020-ci il...Şuşa uğrunda gedən ağır və çətin döyüşlərdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə hərbçimiz Nurlan Abdalov  20 yaşında şəhidlik zirvəsinə ucalır.
5 noyabr minlərlə insanın müşayiəti ilə Sumqayıt şəhər Şəhidlər Xiyabanında canı qədər sevdiyi torpağa tapşırılır. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev vəzifə borcunu şərəflə yerinə yetirmiş Nurlan Faiq oğlu Abdalov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir. Ənənəmizə sadiq qalaraq  “Ümüd Xeyriyyə Cəmiyyəti”nin rəhbəri Raya Məlikova və “XeberTıme.az”  informasiya portalının rəhbəri Yeganə Telmanqızı şəhidin anası Səminə Abdalovaya “Şəhid Anası” fəxri diplomu ilə təltif edərək şəhidin şəxsi guşəsi üçün müqəddəs kitabımız olan Quran hədiyyə etdilər.   

   

Şəhidləri daima sosial şəbəkələrdə, ictimayyətdə yetərincə tanıdan və şəhid ailələrini təbliğ edərək tanıdan  “Ümüd Xeyriyyə Cəmiyyəti”-nin rəhbəri Raya Məlikova: “Azərbaycan Ordusu böyük Qələbəyə imza atdı.”                          

- Rəşadətli Azərbaycan Ordusunun sayəsində 44 gün davam edən Vətən müharibəsində tarixi Zəfər qazanan ölkəmizin 30 illik işğaldan sonra ərazi bütövlüyü bərpa olundu. Bu müharibədə xalqımız öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik. Azərbaycan xalqı Nurlan kimi, Kərim kimi, Qubad kimi, Fərid kimi, Vüqar kimi və onların simasında bütün şəhidlərimizlə fəxr edirlər. Allah cəmi şəhidlərimizlə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin.  
 
Hər zaman şəhid ailələrinin yanında olaraq onlara mənəvi dəstək olan Azərbaycan Respublikanın Əməkdar artisti Mehriban Xanlarova öz fikirlərini bizimlə bölüşdü:                        


- Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatıb, torpaqlarımız işğaldan azad olunub. Bu gün biz hər bizimiz peşəmizdən aslı olmayaq şəhid ailələrinin yanında olaraq onlara dəstək olmalıyıq. Şəhidlər bizim fəxrimizdir. Şəhidlər 44 günlük Vətən müharibəsində qanları ilə tarix yazaraq bizlərə əvəzolunmaz Zəfər tarixini yaşatdılar. Azərbaycan xalqı Vətən oğullarımızla qürur duyur. Allah cəmi şəhidlərimizlə rəhmət eləsin. Şəhid ailələrinə Ulu yaradandan səbr arzulayıram! 


Sonda şəhidin adına ehsan süfrəsi verildi. 
Yeni yaşın mübarək şəhid qardaşım!
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı 
“XeberTıme.az”  


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ