SON DƏQİQƏ

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" verlişi- FOTO\VİDEO

Tarix:12-06-2021, 22:26

“Qanun və İcra” verlişi hər şənbə günü saat 14:30-da, təkrarı isə hər bazar günü saat 14:30-da “Dünya TV”-nin efirində canlı olaraq yayımlanır. Bu dəfə "Qanun və İcra" verlişində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170-176-cı maddələr “Yetkinlik yaşına çatmayanlara təyin olunan cəzalar”, 186, 187-ci maddələri “Əmlakı qəsdən məhv etmə” və 188-ci maddəsi “Mülkiyyət və İcarə hüquqlarının pozulması ilə bağlı”  mövzularını əhatə edən  fikir mübadiləsi aparıldı. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlandı, sonda isə verlişə ünvanlanmış suallar cavablandırıldı. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün verlişimizə ekspertlər dəvət etmişdik:

                                      
1. Vəfa Abdullayeva- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.   

    
 

2. Ülviyyə Murtuzova - Yeni Nəsil Psixoloji və Sosial Dəstək İctimai Birliyinin  rəhbəri, Ailə məsələləri uzrə ekspert. 


3. Qeys Musayev- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.


4. Sevinc Salehli- Psixoloq, həkim.


Verlişin informasiya dəstəyi “XeberTıme.az” və “dünyatv.az” sayıtlarına məxsusdur.


Sizlərə sayıtımız vasitəsi ilə verlişin videosunu təqdim edirik.




Yeganə Telmanqızı 
 
“XeberTıme.az” 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ