SON DƏQİQƏ

Sumqayıt şəhər Ş.İ.Xətai adına 30 saylı tam orta məktəbdə son zəng çalındı- FOTO

Tarix:14-06-2021, 22:14

Qalib dövlətin ilk məzunları son zənginiz mübarək. 
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə açıq elan edildi. Sonra 11-cilər mahnı sədaları altında məktəbin ətrafına toplaşdılar. İlk söz məktəbin direktoru Cəlilova Fəridə məzunlara təbrik etdi və hər birinə gələcək həyatlarında bol-bol uğurlar dilədi. 
Tədbirə məktəbin müəllimləri və valideynləri ilə yanaşı ictimaiyyət nümayəndələri toplaşmışdılar. İcra nümayəndəsi Fərid Abdullazadə, Sumqayıt şəhər Təhsil şöbəsinin aparacı məsləhətçisi, AJB-nin üzvü Yeganə Telmanqızı məzunları və məktəbin kollektivini təbrik edərək onlara gələcək yollarında uğurlar arzuladılar.  
Valdeynlər, birincilər, məktəbin keçən ilki məzunları bu ilki onbirinciləri təbrik etdilər. Birincilər onbirincilərin çiyinlərində son zəngi vurdular. Xoş melodiyalar altında  son zəng səslənərək ətrafı bürüdü. Daha bir ilin son zəngi səslənir. Tədbir musiqi proqramı ilə davam etdi.          

Xatırladaq ki, məktəbin ötən ilki məzunları 98 faiz nəticə göstərərək Azərbaycanın və Xarıcı dövlətlərin ali məktəblərinə daxil olmuşdular. Onların sırasında 1 qızıl və 1 gümüş medalla layiq görülmüş məzunlarda var idi. Bu il məktəbi 67 şagird bitirir. Tədbirin aparıçısı məktəbin dərs hissə müdiri Rafael Nəbiyev idi. Nəzərinizə çatdırıram ki, tədbir pandemiya qaydalarına uyğun keçirildi. Bütün məzunlara gələcək həyatlarında uğurlar arzulayırıq. İndi sizə çalınan “Son zəng”iniz qarşıdan gələn illərinizin ilk zəngi olsun əziz məzunlar.    

Yeganə Telmanqızı 
 
“XeberTıme.az”

                                                                                                                                                                                                                                                                     

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ