SON DƏQİQƏ

Şəhid Asiman Allahverdiyevin əziz xatirəsinə

Tarix:15-06-2021, 01:16

Asiman  
44 günlük vətən müharibəsində igidliklər göstərərək şəhadətə qovuşan Asiman Niyaz oğlu Allahverdiyevin əziz xatirəsinə 
 
Adınla ucaldın sən asimana,
Yeni tarix yazdım yeni Turana .
Səninlə fəxr edir bu vətən  ana, 
Xalqımin qeyrətli oğlu Asiman. 
 
Komandirdən hücum əmrini aldın, 
Düşmənin bağrına  vahimə saldın, 
Alınmaz qalada qələbə çaldın,
Xalqımın   qeyrətli oğlu Asiman.
 
Rəşadət göstərdin, dözdün çətinə, 
Ucalıq gətirdin öz millətinə, 
 Qurban etdin öz canını vətənə,
Xalqımın   qeyrətli oğlu Asiman.
 
 Vətən torpağına axdı al qanın,
 Şəhidlik zirvəsi oldu ünvanın,
Mübariz oğlusan Azərbaycanın, 
Xalqımın   qeyrətli oğlu Asiman.
 
Raufun ürəyi yandı, alışdı,
Kədəri qürura döndü, qarışdı.
Dilləndi şerində səndən danışdı, 
Xalqımın qeyrətli oğlu Asiman.
Xalqımın qeyrətli oğlu Asiman.
 
Rauf İlyasoğlu

Asiman 
 
2020 - ci ilin sentyabr ayının 27 də baslayan 44 günlük vətən müharibəsində  30 ildir ki, erməni quldurları tərəfindən işğal olunmuş dədə baba torpaqlarımızı yağı taptagından azad edərkən igidliklər göstərərək şəhadətə qovuşan 22 yaşlı qardaşım oğlu  Asiman Niyaz oğlu Allahverdiyevin əziz xatirəsinə 
 
Adınla ucaldın sən asimana,
Yeni tarix yazdım yeni Turana .
Səninlə fəxr edir bu vətən  ana, 
Xalqımin qeyrətli oğlu Asiman. 
 
Komandirdən hücum əmrini aldın, 
Düşmənin bağrına   vahimə  saldın, 
Alınmaz qalada qələbə çaldın,
Xalqımın  qeyrətli oğlu Asiman.
 
Rəşadət göstərdin, dözdün çətinə, 
Ucalıq gətirdin öz millətinə, 
Qurban etdin öz canını vətənə,
Xalqımın  qeyrətli oğlu Asiman.
 
Vətən torpağına axdı al qanın,
Şəhidlik zirvəsi oldu ünvanın,
Mübariz oğlusan Azərbaycanın, 
Xalqımın  qeyrətli oğlu Asiman.
 
Raufun ürəyi yandı, alışdı,
Kədəri qürura döndü, qarışdı.
Dilləndi şerində səndən danışdı, 
Xalqımın qeyrətli oğlu Asiman.
Xalqımın qeyrətli oğlu Asiman.
 
Rauf İlyasoğlu


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ