SON DƏQİQƏ

Milli Qurtuluş Gününə həsr olunmuş sərgi-tədbir keçirildi- FOTOLAR

Tarix:15-06-2021, 17:48

14 iyun 2021 - ci il tarixində "Azarkitab - Kitab Mərkəzi" ndə, "15 İyun Milli Qurtuluş Günü"nə həsr olunmuş "Vətənim Azərbaycan" adlı sərgi - tədbir keçirilmişdi. 
Sərgi "Azərkitab"ın dəstəyi, Elnurə və Aygün İsgəndərovaların təşkilatçılığı ilə həyata keçirilmişdir. Xatırladaq ki, Azərbaycan Rəssamlar İttifaqının üzvü Əflatun İsrailovun ilk fərdi yaradıcılıq sərgisidir. Öncə Azərbaycan Respublikası Dövlət Himni səsləndirildi, şəhidlərimizin müqəddəs ruhu 1 dəqiqlik sükutla yad edildi. 
Tədbiri giriş sözü ilə "Azərkitab"ın layihə rəhbəri Sabir Həsənov açaraq 15 İyun Millli Qurtuluş Gününün tarixi mövzusundan danışdı.  Bildirildi ki, hər bir xalqın milli oyanışı, yaddaşa qayıdış, əbədi istiqlaliyyət tarixində unudulmaz anları olur.  Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan 1993 - cü il 15 İyun Azərbaycan xalqının mücadilə tarixinə böyük Qayıdış və Qurtuluş nidası ilə həkk olundu.   H.Əliyev 1993 - cü il iyunun 9 - da Bakıya gələrək  yaranan boşluqları aradan qaldırıldı və Azərbaycan vətəndaş müharibəsinin qarşısını aldı.   1993 - cü il iyunun 15 - də Ulu Öndər Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi və beləliklə 15 İyun Milli Qurtuluş Günü kimi tariximizə daxil oldu.  
Bu gün də möhtərəm prezidentimiz İlham Əliyev cənabları H.Əliyevin siyasətini çox uğurla davam etdirmək, Azərbaycanı bölgədə ən güclü dövlətlər sırasına gətirib çıxarmışdır.   Tədbirdə ziyalılar, ictimai təşkilat rəhbərliyi, gənclər iştirak edirlər.  Tədbir karantin qaydalarına uyğun olaraq aparılır.
Tibb elmləri namizədi, AVMVİN Yasamal rayon təşkilatının sədri Salman Hüseynov,  AVMVİN  Zəngilan rayon təşkilatının sədri Azad Musayev,  AVMVİN Cəbrayıl rayon təşkilatının sədr müavini İlham Səfərov ,  Qarabağ qazisi Ruxsarə Cumayeva  , professor Ənvər Həzərxanov, Qızıl Aypara Cəmiyyətinin Kəlbəcər rayonu üzrə şöbəsinin sədri Gəncəli Mehdiyev, Dünya Ana Uşaq İB-nin , Dunyaxeber.az   Saytının rəhbəri Dünyaxanım   Əliyeva , Xebertime.az saytının rəhbəri Yeganə Telmanqızı, Ümid Xeyriyyə Cəmiyyətinin Əməkdaşı Rahid Eynullayev çıxışlarında günün önəmindən bəhs etdilər və Əflatun müəllimi təbrik etdilər.
Əflatun müəllim çıxışında fərdi sərgisinin keçirilməsinin ən böyük arzusu olduğunu bildirərək təşkilatçılara təşəkkür etdi. Sərgidə rəssamın Azərbaycan mənzərələrindən ibarət 40 əsəri iştirak edirdi.
Sonda Əflatun İsrailov ilk fərdi sərgisinə görə Azərkitab tərəfindən diplomla təltif olundu.

Xüsusi müxbir: Aygün Oqtay


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ