SON DƏQİQƏ

Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tədbir

Tarix:16-06-2021, 23:52

Bu günlərdə Şüvəlanda yerləşən istirahət mərkəzində dahi şair , mütəfəkkir  Şeyx Nizami Gəncəvinin anadan olmasının 880  illiyi ilə bağlı ədəbi bədii, musiqili gecə keçirilmişdir.
Tədbir iştirakçıları əvvəl qəsəbədə ucaldılmış dahi şairin heykəlni ziyarət edib , gül-  cicək dəstəsi düzdülər. 
Xeyriyyəci Hacı İntiqamın təşkilatçılığı ilə keçirilən tədbiri ilahiyyatçı tədqiqatçı,1 ci qrup Qarabağ  qazisi Hacı Həsən Hüseyni  açdı və ilk öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 
Hacı Həsən Hüseyni Nizami Gəncəvi yaradıcılığı haqqında geniş və məntiqli çıxış etdi.
Buzovna Cümə məscidinin   axundu Hacı Soltan aga  Nizami Gəncəvinin geniş və çoxşaxəli yaradıcılığından danışdı,  şeirlərindən sitat gətirməklə təhlili çıxış etdi.
Sonda o,tədbir iştirakçılarına  dahi şairin portreti həkk olunmuş müxtəlif hədiyyələr  təqdim etdi.
Yazıçı, tədqiqatçı, şair  Sona Xəyal Nizami Gəncəvi yaradıcılığından söhbət açdı və   ustad qəzəlxan Hacı Mail, Ənvər Nəzərli,  füzulişunas Həkim Qəni, eləcə də Ramiz Əzizbəyli ehtiramla yad edildi.
Tədbirdə Azərbaycan İraq Mədəni Əlaqələr ictimai birliyinin sədri Tahirə Məmmədova  Nizami Gəncəvinin nəsihətamiş şeirlərindən sitat gətirdi,  İraq səfərindən maraqlı xatirələr  söylədi və məclisin təşkilatçısı Hacı İntiqamı təşkilatın adından fəxri diplomla təltif etdi. 
Qəzəlxan şairlərdən Gülbala Fənai  Nizami Gəncəvinin 880 illiyi ilə  bağlı  bu gözəl məclisi  təşkil etdiyinə görə  Hacı İntiqama həsr etdiyi qəzəli oxudu. 
Tədbirdə şairlər şeirlər söylədilər, tanınmış xanəndələr  muğam və təsniflər ifa edərək  məclisə xoş ovqat qatdılar.
Tədbirin aparıcısı Hacı Həsən Hüseyni məclis iştirakçılarına və xüsusilə bu gecəni təşkil edən Hacı İntiqama  təşəkkürünü bildirdi. 
Sonda  dahi şairimiz Nizami Gəncəvi yaradıcılığından bəhs edən "Həkəri" qəzeti  bir qrup ziyalılara  təqdim olundu və  xatirə şəkili çəkildi .

Rauf İlyasoğlu

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ