SON DƏQİQƏ

Yoluxma azaldı, sağalan çoxaldı - 1 nəfər öldü

Tarix:17-06-2021, 00:06

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 27 yeni yoluxma faktı qeydə alınıb, 162 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
XeberTıme.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
 
Azərbaycanda indiyədək ümumilikdə 335291 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 329038 nəfər müalicə olunaraq sağalıb, 4959 nəfər vəfat edib, aktiv xəstə sayı 1294 nəfərdir.
 
Ölkədə son sutka ərzində 7023, hazırkı dövrədək isə 3644912  test aparılıb.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ