Azərbaycan Milli Xalça Muzeyi bütün yaş qruplarına aid uşaqlar üçün daim yeni layihələr, proqramlar həyata keçirir, maraqlı tədbirlər, festivallar təşkil edir. Bunun üçün muzeyin Uşaq şöbəsi təhsil müəssisələri, müxtəlif uşaq təşkilatları ilə sıx əməkdaşlıq əlaqələri qurur. Nəticədə uşaqlar muzeyin ekspozisiyası ilə tanış olur, dekorativ-tətbiqi sənət üzrə bir günlük və ya aylıq ustad dərslərə qatılır, xalça toxumağı, tikmə sənətini, rəsm çəkməyi, dekorativ oyuncaqlar düzəltməyi öyrənir, kukla tamaşaları izləyir, nağıllar dinləyirlər. Bütün bunlar uşaqlarda estetik zövq aşılayır, xalqımızın milli dəyərləri, çoxəsrlik ənənələri, həyat tərzi ilə bağlı təsəvvür yaradır, onların muzeylərə marağını artırır, mənəvi inkişafına müsbət təsir edir.Milli geyimlərimizin tikilməsi və təbliği məqsədilə həyata keçirilən, “Nənəmin sandığından yaranmış Fashion Show” təhsil proqramı da Azərbaycan Milli Xalça Muzeyinin belə maraqlı, önəmli layihələrindən biridir.
Qeyd edək ki, martın 1-dən iyunun 1-dək davam edən proqrama 10-18 yaş arası uşaqlar qatıldı. 3 ay müddətində muzeyin Uşaq şöbəsinin mütəxəssisləri tərəfindən uşaqlara milli geyimlərimiz, onların tarixi, tikmə sənəti və onun növləri, eskizlərin işlənməsi, parçalardan istifadə qaydaları, məmulatın tikilmə üslubu haqqında nəzəri və praktik dərslər keçildi.
İyunun 11-də Azərbaycan Milli Xalça Muzeyində bu təhsil proqramını uğurla başa çatdıran 9 uşağa sertifikatlar təqdim olundu, onların əl işlərindən – 14 geyim nümunəsindən ibarət moda nümayişi keçirildi.
**
Азербайджанский национальный музей ковра постоянно реализует новые проекты, программы, организует интересные мероприятия и фестивали для детей всех возрастов. С этой целью детский отдел музея налаживает тесное сотрудничество с образовательными учреждениями и различными детскими организациями. Дети знакомятся с экспозицией музея, посещают однодневные или рассчитанные на месяц мастер-классы по декоративно-прикладному искусству, обучаются искусству ковроткачества, вышивке, рисованию, изготовлению игрушек, смотрят кукольные представления и слушают сказки. Такие занятия воспитывают вкус, приобщают детей к национальным ценностям, многовековым традициям и образу жизни нашего народа, повышают интерес к музеям, положительно влияют на духовное развитие.
Одним из таких интересных и важных проектов Азербайджанского национального музея ковра стала образовательная программа «Показ мод из бабушкиного сундука», включающая создание и продвижение образцов национального костюма.
В программе, которая длилась с 1 марта по 1 июня, приняли участие подростки 10-18 лет. Специалисты детского отдела музея провели с ними теоретические и практические занятия, посвященные истории национальной одежды, разработке ее эскизов, правилам использования тканей, кройке и шитью, а также различным видам вышивки.
11 июня в Азербайджанском национальном музее ковра были вручены сертификаты 9 юным участникам и прошло модное дефиле, включающее 14 созданных ими работ.
Xüsusi müxbir: Aygün Oqtay
“XeberTıme.az”