44 günlük Vətən Müharibəsində müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə tarix yazan şanlı Azərbaycan ordusu düşməni darmadağın etdi. Məhz bu tarixi qələbəni əbədiləşdirmək məqsədilə dekabrın 2-də Prezident İlham Əliyev Azərbaycanda Zəfər Gününün təsis edilməsi haqqında sərəncam imzaladı. Hər il noyabrın 8-də Azərbaycan Zəfər Gününü təntənə ilə qeyd edəcək.
Prezident İlham Əliyevin digər sərəncamı ilə hər il sentyabrın 27-si ölkədə anım Günü qeyd olunacaq.
Millət vəkili Zahid Oruc məsələ ilə bağlı bildirib ki, verilən qərarlar müqəddəs dövrün ən mühüm tarixini özündə əks etdirir:
“Biz hər zaman bu günlərdən qürur və şərəflə danışacağıq”.