SON DƏQİQƏ

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" verlişi

Tarix:17-06-2021, 00:49

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Respublikamızın tanınmış vəkili Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra” verlişi 19.06.2021-ci il tarixində həftənin şənbə günü saat 14:30-da canlı yayımda "Dünya TV"-nin efirində nümayiş etdiriləcək. 
Bu dəfə "Qanun və İcra" verlişində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186,187 və 188-ci maddələrini əhatə edən mövzular baradə fikir mübadiləsi aparılacaq. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə verlişə ünvanlanmış suallar cavablandırılacaqdır. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün verlişimizə ekspertlər dəvət etmişik:                                      

1. Qeys Musayev- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.  



2. Vəfa Abdullayeva- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.        
 

3. Nigar Muradova-  Ailə məsələləri üzrə ekspert, İlin psixoloqu.                                                                                               
 
4. Fərid Məmmədzadə -Hüquqşünas 
 
Yeganə Telmanqızı 
 
“XeberTıme.az” 



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ