İyunun 16-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndə heyəti Ukraynaya rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının bu ölkədəki Səfirliyində olub və Azərbaycan Respublikasının Ukraynadakı Fövqəladə və Səlahiyyətli səfiri Elmira Axundova ilə birlikdə Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsini ziyarət edib. Abidə önünə tər çiçəklər düzən nümayəndə heyəti burada xatirə şəkli çəkdirib.Səfirlikdə olarkən iki ölkə arasında mədəni əlaqələrin inkişafı istiqamətində aktual məsələlər müzakirə olunub. Bakı və Kiyev şəhərləri arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Daha sonra dünyaşöhrətli müğənni Müslüm Maqomayev adına parkı ziyarət edilib, onun abidəsi önünə tər çiçəklər düzülüb.
İyunun 16-da həmçinin Kiyevin məşhur “Kiyev-Peçora Lavrası” Milli Qoruğuna və qoruq ərazisində fəaliyyət göstərən Ukrayna Xalq Dekorativ Sənəti Milli Muzeyinə baxış keçirilib, maraqlı görüşlər olub. Baş İdarənin rəisi Cəlil Məlikovun başçılığı ilə nümayəndə heyəti muzeyin ekspozisiyası, fond işi, layihələri ilə yaxından tanış olub, ortaq dəyərlər və fəaliyyətlər müzakirə edilib.
Qeyd etmək lazımdır ki, Ukraynaya səfərin əsas məqsədi mədəniyyət müəssisələri arasında əlaqələrin qurulması, təcrübə mübadiləsinin aparılması və birgə layihələrin həyata keçirilməsidir.
Ukraynaya səfəri iyunun 15-dən başlanıb və bu müddət ərzində Kiyev şəhərinin Tarix Muzeyində və T.Q.Şevçenko adına Mərkəzi Uşaq Kitabxanasında, “Darnitsa” Mədəniyyət evində və Səməd Vurğun adına Açıq Kitabxanada maraqlı görüşlər keçirilib. Səfər iyunun 21-nə qədər davam edəcək.
Делегация Главного Управления возложила цветы к памятнику общенационального лидера Гейдара Алиева в Киеве
16-го июня делегация Главного Управления Культуры города Баку в рамках официального визита посетила Посольство Азербайджанской Республики в Украине. Представители Главного Управления вместе с Чрезвычайным и Полномочным послом Азербайджанской Республики в Украине Эльмирой Ахундовой посетили парк имени Гейдара Алиева и почтив память, возложили цветы к памятнику общенационального лидера.
Во время визита в посольство были обсуждены актуальные вопросы развития культурных связей между двумя государствами, обменялись мнениями о перспективах сотрудничества в области культуры между городами Баку и Киев.
Они также посетили парк, носящий имя легендарного певца Азербайджана, возложив цветы к его памятнику.
16-го июня было организовано посещение всемирноизвестного памятника Киева Национальный заповедник «Киево-Печорская лавра» и Национальный Музей Украинского Народного Декоративного искусства, действующего на территории заповедника.
Делегация близко ознакомилась музейной экспозицией, работой фонда, проектами, обсудила обоюдные ценности и действия в области сотрудничества.
Надо отметить, что основной целью визита в Украину является создание связей между культурными организациями, обмен опытом и осуществление совместных проектов.
Официальный визит начался 15 июня и за этот период были посещены Музей истории города Киева, Центральная Детская Библиотека имени Т.Г.Шевченко, Дом культуры «Дарнитца» и Публичная библиотека имени Самеда Вургуна. Визит продолжиться до 21-го июня.
Xüsusi müxbir: Aygün Oqtay
“XeberTıme.az”