SON DƏQİQƏ

Gənc rəssamın uğurları

Tarix:18-06-2021, 09:35

Əliyeva Tamilla Habil qızı 2005 ci il iyun ayının 28 də Abşeron rayonunun Qobu qəsəbəsində anadan olmuşdur. 2011-ci ildə və Ə.S.İbrahimov adına Qobu 2 saylı tam orta məktəbin birinci sinfinə daxil olmuşdur. Hələ kiçik yaşlarından rəsm çekməyi çox sevirdi.2015-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Sumqayıt Regional Mədəniyyət İdarəsi Abşeron Rayon Qobu qəsəbə Uşaq İncəsənət məktəbinə qəbul olunmuşdur.(Müəllimi Allahverdiyev Novruz müəllimdir) Bir çox sərgilərdə iştirak etmişdir.Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Televiziya və Radio verlişləri, Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar birliyi 25-27 may 2021 - ci il tarixində keçirilən Azərbaycanın IV Respublika Uşaq Rəsm Festivalı çərçivəsində plenerdə “Nizami Gəncəvi “ ili çərçivəsində təşkil olunan rəssamlıq istedadına malik olan uşaqlar, yeniyetmə və gənclərin iştiraki ilə təşkil olunan Respublikamızın bütün regionlarından 1500 iştirakçıdan 500 nəfər seçilib iştirak edənlərdən 30 rəsm işinin  ən yaxşısı 3 yaş kateqoriyası üzrə plenerdə iştirak edib.Birinciliyi qazanmış Qobu uşaq və gənclər yaradıcıllıq məktəbinin 2019- cu il məzunu Əliyeva Tamilla 1 ci yerə layiq görülmüş müxtəlif hədiyyə və diplomlarla təltif olunmuşdur.Hal-hazırda Ə.S.İbrahimov adına Qobu qəsəbə 2 saylı tam orta məktəbin 10-cu sinif şagirdidir.
Gənc rəssamın uğurları  çoxdur. Bu günlərdə Şüvəlanda xeyriyyəçi Hacı intiqamın təşkilatciligı ilə " Nizami Gəncəvi ili " cərcivəsində  keçirilmiş möhtəşəm tədbirdə iştirak edən Tamella Əliyeva rəngli boyalarla çəkdiyi Dahi şairin portretini məclisə hədiyyə etdi və alqışlarla qarşılandı.
Gənc rəssam yeni- yeni yaradıcılıq uğurları və can sağlığı arzulayırıq.

Rauf İlyasoğlu



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ