SON DƏQİQƏ

Qurtuluş günündə media nümayəndələri mükafatlandırıldı

Tarix:19-06-2021, 17:03

İyunun 15 də Xətai sənət məktəbində Qafqaz Media İctimai birliyinin sədri, Prezident təqaüdçüsü, bir neçə saytın rəhbəri  həkim, şairə Hacıxanim  Azadə Taleh Abbasqızı bir qrup  jurnalisti, media nümayəndələrini  Qurtuluş günü ilə əlaqədar  təşkilatın adından təsis etdiyi " Xarı bülbül" medalı ilə mükafatlandırdı.Vətən uğrunda şəhid olmuş cəmi soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Hacixanim Azadə Taleh Qurtuluş günü ilə bağlı çıxış etdi və dahi şəxsiyyət Heydər Əliyevin xidmətlərindən ətraflı  söhbət açdı. Sonra mükafatlar təqdim olundu 
 Bu mükafata  bir çox qələm dostlarımızla yanaşı, ilahiyyatçı, yazıçı, 1- ci qrup Qarabağ qazisi Hacı Həsən Hüseyni ,  şair jurnalist Zərəngiz Dəmirçiqızı və bu sətirlərin müəllifi də layiq görüldü.
Çıxış edənlər qızıl suyuna çəkilmiş Xarı bülbül medalına görə Qafqaz media ictimai birliyinin rəhbərliyinə dərin təşəkkürlərini bildirdilər.
Vətən, gözün aydın,  həsrətini çəkdiyimiz Susamiza, Xarı bülbülümuzə  qovuşduq. 
Bizə bu qələbəni yaşadan şəhidlərimizə qazilərimizə borcluyuq.
Səhidlərimizin yeri cənnətdir. Qazılərimizə Allahdan şəfa diləyirəm.
Pandemiya dövründə dünyasını dəyismiş soydaşlarımıza Allahdan rəhmət diləyirəm.
Tədbirdən sonra dostlar Hacixanim Azadə Taleh Abbasqizinin ömür gün yoldaşı Hacı Cavanşir Vahabovun məzarını da ziyarət etdilər.
Pandemiya dövründə cəmi dünyasını dəyişmiş soydaşlarımızın ruhuna  dualar oxudular.

Rauf İlyasoğlu

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ