SON DƏQİQƏ

Şəhidlik uca zirvədir,hər kəs o zirvəni fəth edə bilməz

Tarix:20-06-2021, 01:02

Bu günlərdə Nərimanov rayon 20 saylı 2- ci seçki dairəsindən seçilmiş millət vəkili, Milli Məclisin vitse spikeri Adil Əliyevin  təşəbbüsü ilə həmin ərazidə yerləşən mərasim zallarından birində " 21 lər"  adlı filmin təqdimat mərasimi , eyni zamanda səhid Mübariz  Sahmirovun  xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir.Tədbiri " 21 lər" filminin direktoru və quruluşçu rejissoru, Qarabağ qazisi Zahid Qarayev açaraq film barədə ətraflı məlumat verdikdən sonra sözü Milli Məclisin vitse spikeri Adil Əliyevə verdi. 
Şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının, Xocalı müsibəti dövründə əsir düşmüş iki nəfər  soydaşlarımızın, Nərimanov rayon sakinlərinin, 
QHT rəhbərlərinin,  media nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə Milli məclisin vitse spikeri Adil Əliyev  ətraflı çıxış etdi və  şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Adil Əliyev 44 günlük  vətən müharibəsində başda Ali baş Komandanımız olmaqla ordumuzun Rəşadətindən iftixarla söhbət açdı və hər birimizin bu qələbədə şəhidlərimizə və qazılərimizə borclu olduğumuzu xüsusilə vurğuladı.
Zahid Qarayev  tədbirin təşkilatçısı ,vitse spikeri Adil Əliyevə təşəkkürünü bildirdi və dedi : Millət vəkilimiz məsləhəti və xeyir-duası ilə bu film ərsəyə gəldi və bir saat ərzində vətənpərvər insanlar  şəhidlərimizin şərəfli döyüş yolları haqqında   söhbət açdılar.
Sonra film nümayiş olundu.
Filmdə 1992- ci ilin fevral ayinin 25- dən 26 na keçən gecədə 366-  cı yarı rus , yarı erməni alayının  törətdiyi soyqrımdan bəhs edilmişdir.
Həmin illərdə Xocaliya Bakıdan 21 nəfər  könüllü olaraq köməyə gəlmişdi. Aqil Quliyevin rəhbərliyi ilə 21 nəfər cəngavər oğullar iki aydan çox Xocalınin mudafiəsini təşkil etdilər.
Onlar könüllülər idilər. Xankəndindən Xocalıya gedən postu 21 nəfər cəsur döyüşçülər ələ keçirmişdilər.
Ruslara məxsus silah sursat ələ keçirilmişdi.
Çünki ruslar erməniləri silahlandırır,əliyalın , silahsız mülki şəxslər -  Azərbaycanlılar isə qətlə yetirilirdilər.
O ağır illərdə xalqımızın haqq səsi, fəryadı eşidilmirdi. 
Ruslara məxsus  silahlanmiş quduz ermənilər Xocalı şəhərini yandıraraq insanları ağlasığmaz işgəncələrlə qətlə yetirmişlər. 
Milli Qəhrəman şəhid Aqil Quliyevin başçılığı ilə 21 nəfər cəngavər oğullar mühasirədə qalmış yerli əhaliylə birlikdə kafirlərə qarşı cihad etmiş və insanları qorumağa çalışirdilar. Həmin qeyri bərabər döyüşlərdə 21 nəfər cəngavər vətən oğulları son damla qanlarina qədər azgin, təcavüzkar, işğalçı  düşmənlərlə  vuruşaraq şəhidlik zirvəsinə ucalmışlar. 
Bu döyüşlərdə Aqil Quliyevlə yanaşı Mübariz Şahmirov  da daxil olmaqla cəmi 21 nəfər qəhraman vətən oğulları şəhidlik zirvəsinə ucaldılar.
21 nəfər döyüşçü ilə birlikdə Xocalı sakini milli Qəhrəman Tofiq Hüseynov , Xocalı aeroportunun rəisi Əlif Hacıyev də son damla qanlarına qədər döyüşərək şəhid oldular.
 Min nəfərdən çox Xocalı sakinləri qətlə yetirildi. 2000 nəfərdən cox soydaşlarımız əsil düşdülər. Hadisələri dolğun əks etdirən film həyəcanla izlənildi.
" 21- lər "filminin  direktoru və quruluşçu rejissoru,  Qarabağ qazisi Zahid Qarayev o dəhşətli illəri xatırlayaraq  bildirdi ki, 21 nəfər igid oğullarımız əsl  Xalq qəhrəmanlaridır.Belə igid qəhrəmanlarımızın hər biri tarix dərsliklərinə salınmalıdır.
Zahid Qarayev 845 saylı batalyonun komandiri Allahverdi Bagırovun basçılıgı ılə  əsr düşmüş yüzlərlə Xocalı sakinlərinin azad olunmasından danışaraq qeyd etdi ki,  bu tədbirdə iştirak edən rabitəçi Dürdanə Ağayevanın və  Xocalı sakini Valeh Hüseynovun əsirlikdən azad olunmasında rəhmətlik  Allahverdi Bagirovun misilsiz xidmətləri olmuşdur. Məhs Xocalı qırğınını rəhmətliklər Seyidağa Mövsümov Allahverdi Bagırovun diplomatik danışıqları və cəsurluğu  sayəsində o dəhşətli kadrları ilk dəfə lentə alaraq dünyaya bəyan etmişlər.
Sonra şəhid Mübariz Şahmirovun  bacısı Bilqeyis xanım, şəhidimizin  həyat yoldaşı Dilşad Şahmirov , oğlu Elşad Sahmirov , əsirlikdə olmuş və bu gün də əməliyyata və uzun müddətli müalicəyə ehtiyacı olan Valeh Huseynov , erməni quldurlarına  əsir düşərək işgəncələrə məruz qalmış rabitəxçi  Dürdanə xanım bu tədbirin təşkilatçısı və filmin çəkilməsində əməyi olmuş millət vəkili Adil Əliyevə, eləcə də filmin direktoru  və quruluşçu rejissoru  Zahid Qarayevə və layihə rəhbəri və ssenarist Türkanə Səfərovaya ,  operatorlara , eləcə də  tədbir iştirakçılarına təşəkkür etdilər.
Şəhidlər unudulmur. Şəhidlərin uyudugu hər qarış torpaq xalqımızın müqəddəs and  yeridir.

Rauf İlyasoğlu

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ