SON DƏQİQƏ

“Ümid” Xeyriyyə Cəmiyyəti 100 uşağın sünnət kompanyasını həyata keçirtdi+ FOTOLAR

Tarix:21-06-2021, 02:01

Sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyi uşaqlardı. 
“Ümid” Xeyriyyə Cəmiyyətinin rəhbəri Raya Məlikovanın   və xeyriyyəçi, iş  adamı Seyid Mirazad müəllimin dəstəyi ilə  bir ay boyunca 100  aztəminatlı, əlil, şəhid ailələrinin övladları tam təmənnasız şəkildə sünnət oldu. Sumqayıt şəhər uşaq xəstəxanasnın cərahiyyə şöbəsində uşaqlar qeydiyyata alınaraq yüksək səviyyədə, pandemiya qaydalarına uyğun olaraq, bütün analizlər verilməklə sünnət olaraq valdeynlərinə təhfil verildi. 
Xatırladaq ki, keçirilən böyük aksiyada Sumqayıt, Xızı, Bakı, Bakı ətrafı kəndlərdə, Abşeron rayonunda  yaşayan ailələrin övladları  iştirak edirdilər. Ən kiçik uşaq 17 günlük, ən böyük uşaq 14 yaşında idi.                                           


“Ümid” Xeyriyyə Cəmiyyətinin rəhbəri Raya Məlikova: “Hər bir uşaq ailənin möhkəmliyi, xalqın gələcəyidir.”                                                                                                                                     
- Bütün çətinliklərin öhdəsindən gələn, səbr edən, başda Seyid Mirazadr müəllim olmaqla öz kollektivimizə təşəkkür edirəm. Allah hər birindən razı olsun,  xidmətlərimizi ali dərəcədə qəbul edərək savaba yazsın. Bir ayda 100 etiyaclı ailənin övladları müsəlman oldu.  
Uşaqlara doğmalıq göstərilməsi, onlara həssaslıqla yanaşaraq onların cəmiyyətdə rolunun olmasını məhz kiçik yaşlarından təbliğ etməliyik. Hər bir uşaq ailənin möhkəmliyi, xalqın gələcəyidir.  


Xeyriyyəçi və iş adamı Seyid Mirazad müəllim aksiya haqqında öz fikilrərini bizimlə bölüşdü:                                                                                                                                                                     
- Cəmiyyətin gələcək inkişafının əsasını uşaqlar təşkil edir. Daim qayğıya, şəfqətə ehtiyac duyan uşaqların problemlərini həll etmək hər bir müsəlmanın borcudur.                        
İslamda Allah təala biz müsəlmanlara müqəddəs yerləri ziyarət etməyi buyurub. Biz ilk ziyarətimizi aztəminatlı ailələrin qayğısı ilə başlamalıyıq, onların ailəsində olan övladların problemləmlərini həll etməyimiz, onları sevindirməyimiz ən böyük ziyarətdir bizim üçün. Bir ay çərçivəsində 80 ailənin 100 övladını sünnət etdik, yəni 80 ailəyə dəstək olduq. Bu kompanyada zəhməti keçən hər kəsə öz minnətdarlığımı bildirirəm.  Bir ay boyunca bizimlə bərəbər bu kompanyada iştirak edən tibb işçilərinə, eləcədə sizlərə öz təşəkkürümü bildirirəm.  

Uşaq cərrahı Rafael Soltanov bizə öz müsahibəsində bildirdi ki;                                                                                                 
- Aztəminatlı, əlil, şəhid ailəlırin övladlarının qayğısını çəkmək hər zaman borcumuzdur. İnşallah gələcəkdədə belə mərhəmətli aksiyalarınızda iştirak etməyə hazıram. Bəli bu gün burada iştirak edən oğlan uşaqları gələcəyin əsgəri Vətən qoruyucularıdır. Onlar hər zaman insanların onlara dəstəyini hiss etməlidilər. Bu hissidə biz onlardan heç zaman əsirgəmiyəcəyik.


                                                            
Sonda uşaqları sünnət edən uşaq cərrahı Rafael Sultanov “Ümid” Xeyriyyə Cəmiyyəti və “XeberTıme.az”  sayıtı tərəfindən  “Medianın Dostu” fəxri diplomu ilə təltif olunaraq və hədiyyə ilə təşəkkür edildi.  

                                
Aksiyada yaxından iştirak edən xeyriyyəçi Rahid Eynullayevə, Seyid Mirazad müəllimə, Namidar Məmmədova Fəxri Diplom və hədiyyələr təqdim olundu.   

                     
Sumqayıt şəhər uşaq xəstəxanasnın baş həkimi Müşfiq Məmmədli başda olmaqla uşaq cərrahı Rafael Sultanova və bütün tibbi işçilərinə eləcə də, kompanyada yaxından iştirak edən xeyriyyəçi Rahid Eynullayevə, Namidar Məmmədova, Gülşən Quliyevaya “XeberTıme.az” sayıtının rəhbəri Yeganə Telmanqızına öz təşəkkürümüzü bildiririk. 




Yeganə Telmanqızı 
“XeberTıme.az”                                                                                                                                                                          

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ