SON DƏQİQƏ

Kövrək qəlbli sənətkar

Tarix:23-06-2021, 00:43

 Allah sənə rəhmət eləsin Ramiz Əzizbəyli! Neçə il  dözdün, xəstəliklərə  sinə gərdin. Sağ  tərəfindən paralic keçirtdiyinə görə  sol əlinlə yazmağa öyrəndin və 4 cildlik əlyazmalarını kompüterdə köçürdüm. Sevda xanım əlyazmaları yığanda çətinlik çəksə də yenə də sağ olsun. Xəttini oxuya bilirdik. Çox vaxt da mənim redaktə etdiyim cümlələri bəyənirdin, fikrimcə tam razılaşdırdın, bizə etibar edirdin. Hər cümləyə qarşı çox tələbkar idin Əsl pedaqoq, alim, şair,idmançı, rəssam ,kinorejissor, aktyor, xanəndə, masabəyi qarşısında məsuliyyət hiss edərdim. Hər şeiri də bəyənməzdin.
Necə xatirələrimiz qaldı. Nə qədər işlərimiz var idi. Kitabların hazır idi. Amma aldığın təqaüdün dərmanlarına  sərf olunar , bir də ailəni güclə təmin edərdi.
Rauf, bu uşaqlarım işləmir, mənə qulluq edir, Üç nəvəm də mənə baxır, Kürəkənim də yaxşı işləmir - deyə çox fikirləşirdin.
Daha bilmədin ki, Bakıda iş tapmaq, ixtisasa uyğun işlə təmin olunmaq çox çətindir.
Dostlarımdan söhbət edən kimi gətir, bizimlə də tanış elə deyərdin.
Azərkitab kitab evinin direktoru Sabir Həsənov,tələbə dostlarim Ənvər Məmmədov, Hicran Rzayev, Sankt Peterburqda yaşayan dostumuz  Əyyar Cəbiyev, dizayner, kompüter mərkəzinin rəhbəri Ramiz Hümbətov, yigıcı operator Sevda Əliyeva, polkovniklər  Sücəddin Abdullayev, Həmid Cəfərov, şair Paşa Ağaoğlu,araşdırmaçı yazıçı Faiq Abdullayev,Xəbər time saytının rəhbəri və Həkəri qəzetinin əməkdaşı Yeganə Telmanqızı, həkim stomatoloq Şunasib Mehdiyev ,Həkəri qəzetinin əməkdaşı Aygün Hüseyn , millət vəkili , dostun Adıl Əliyev ,kameraman  Mahir Hüseynbəyli, Günaz .az saytının baş redaktoru Bilman İsaq,jurnalist,bədii qiraətçi Cabir Novruz fondunun əməkdaşı Rəsmiyyə xanım,şair Sahin İbrahimli, aktyorlar Mehriban Xanlarova , Pirallahı və digər dostlara bələdcilik edərək sizin qonağımız olmuşduq. Sizi darıxmağa qoymazdıq. 
Sizi həqiqətən də xalqimiz çox  sevirdi. 
Bu gün də sevir. Ruhunuza dualar oxunur, qardaşım.
Prezidentimiz də,  Vitse Prezidentimiz də sizə diqqət və qayğı göstərirdi. Mehriban xanım Əliyeva sizə bir avtomobil də hədiyyə etmişdi.Sag olsun.Mənzilinizi də təmir etdirmişdi.
Əziz dostum Ramiz! Siz fitri istedad sahibi idiniz. Siz bir şəxsiyyət olaraq heç zaman unudulmayacaqsınız.
 Bu gün də , gələcəkdə də xalq sizi  ehtiramla yad edəcəkdir.Hər gələn dostlara " Şöhrət " ordenini görsədərək necə də qürur hissi kecirdərdin.
" Həkəri" qəzetinin hər sayında yazıların dərc olunardı. 
65 və 70 illik yubileyini dostlar sağ olsun , yüksək səviyyədə qeyd etdilər.
Nicat Əsgərov kimi vətənpərvər  oğullar sağ olsun.
Heydər Əliyev sarayında yubileyin təntənəli surətdə qeyd edildi.
"Həkəri" qəzetinin xüsusi buraxılışı sizə həsr olunmuşdu. 
Bu sizin haqqınız idi. Xalqımızın sevimli sənətkarı, Ruhun şad olsun.
Rejissoru olduğunuz Bəxt üzüyü , Pirverdinin xoruzu və digər filmləriniz  xalqımıza yadigar qaldı.
Sizi qəlblərdə yaşadan isə xalqın sizə olan məhəbbəti idi. Sizi hamı dürüst, əqidəli, sədaqətli, mərd bir insan kimi tanıyırdılar.
Uşaqlıq illərini çox acınacaqlı keçsə də ruhdan düşmürdün. Çox kivrək qəlbiniz var idi.  Xatirələrini yazırdın.
Dramaturq, yazıçı dostun  İsi Məlikzadə bir vaxtlar yazdığı əlyazmaları nə yaxşı ki, bir korrektor olaraq çap etdirmək işini mənə tapşırdın.
 İki kitabın çap olunarkən necə də sevinərdin.
İctimai televiziyanın əməkdaşları mənzilində çəkiliş edərkən məni çağırdın. Kitabların haqda Saleh qardaşımızı məlumatlandırdım.. Veriliş də çox gözəl alındı.
Gözəl sənətkarımız Nəsibə xanım haqqındakı məqaləni Siyavuş müəllimə və Həmidə xanım Ömərovaya  təqdim edərkən çox sevirdilər.
Mehrini mənə salmışdın.. Hər gün zəng edirdin.Yazılarınla maraqlanırdın.
Gözlərim indi telefonda qalıb. Son əlyazmalarını da yazdırıb kompüterə koçürtmusəm.İnsallah ,kitabında dərc olunar.
Allah sənə rəhmət eləsin Ramiz müəllim
 Dostun Arif Quliyevin ölümü də sənə pis təsir etmişdi. Necə də kovrəlmişdin.
Axır həftələrdə hamıdan sanki küsərək yeməkdən də imtina etdin.
Rauf, balalarıma çox əziyyət verirəm.Axi mənim mədəmi kəsib götürüblər.Ayaq barmaqlarımı pəncədən kəsiblər. Şəkərim var, insult keçirmişəm. Sağ tərəfinə də  işləmir 
Zümrüdə çox əziyyət verirəm. Yaşamaqdan bezmişəm Nə qədər bu dörd divar arasında qalmaq olar? 
15 gun çəkmədi ki, səhhətində problemlər yarandı.Və bizi əbədi tərk etdin.Ruhun şad olsun.Ramiz müəllim. Siz sərəflə yaşadınız. Ölüm haqdır. Hər kəs nə vaxtsa vaxtı çatanda o ölümdən dadacaqdir.Sizin adimiz isə  kinomuzun  qızil fonduna yazılmış qüdrətli sənətkarlarla yanaşı çəkiləcəkdir.
Məkanın cənnət olsun Əziz dost.

Rauf İlyasoglu


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ