SON DƏQİQƏ

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" verlişi

Tarix:24-06-2021, 23:19

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Respublikamızın tanınmış vəkili Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra” verlişi 26.06.2021-ci il tarixində həftənin şənbə günü saat 14:30-da canlı yayımda "Dünya TV"-nin efirində nümayiş etdiriləcək. 
Bu dəfə "Qanun və İcra" verlişində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186,187 və 188-ci maddələrini əhatə edən mövzular baradə fikir mübadiləsi aparılacaq. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə verlişə ünvanlanmış suallar cavablandırılacaqdır. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün verlişimizə ekspertlər dəvət etmişik:                                      

 1.  Ülviyyə Murtuzova - Yeni Nəsil Psixoloji və Sosial Dəstək İctimai Birliyinin  rəhbəri, Ailə məsələləri uzrə ekspert.  


2. Yeganə Telmanqızı - “XeberTıme.az” informasiya portalının rəhbəri, AJB-nin üzvü.                                                                                                                                                                                            
 
3. Vəfa Abdullayeva- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.         
 

4. Əli Adıgözəlov- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü,vəkil                                                                          
 
Yeganə Telmanqızı 
  
“XeberTıme.az” 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ