SON DƏQİQƏ

Gənc şairin "Sənsizliyin Baş Hərfi" adlı kitabının təqdimatı keçirildi

Tarix:25-06-2021, 23:24

24 iyun 2021-ci il saat 16:00-da gənc şair El Romanın "Sənsizliyin Baş Hərfi" adlı kitabının təqdimatı keçirilib."Azərkitab-Kitab Mərkəzi"nin nəzdində fəaliyyət göstərən Cabir Novruz adına poeziya evində gənc şair El Romanın "Sənsizliyin Baş Hərfi" adlı kitabının təqdimatı keçirilib. Gənc şair - poeziyanın insanın qəlbinə rahatlıq gətirməsinin, dərin hiss  və həyəcan yaratmasının əhəmiyyətini öz şerlərində peşəkarlıqla əks etdirib.                                                
Təqdimat mərasimində, Azərbaycan  Yazıçılar Birliyin katibi, yazıçı Rəşad Məcid, 525-ci qəzetin redaktoru Yusif Rzayev, gənclər və oxucular iştirak edib.  
Oxucularla görüş keçirilmiş və imzalı kitablar kitabsevərlərə hədiyyə edilmişdir.        
Tədbir karantin qaydalarına uyğun olaraq, həm də online formada keçirilmişdir.                        
Ktab təqdimatını keçirdiyimiz gənc şair El Romanın yeni şeirləri ilə  Azərkitabın tərəfdaşı olan yeni yaradılmış “Ədəbiyyat və incəsənət”  (www. edebiyyatveincesenet.az) portalında tanış ola bilər.

 “XeberTıme.az” 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ