SON DƏQİQƏ

Silahlı Qüvvələr Günü münasibətilə bir sıra ziyalılar “Xarı Bülbül” medalı ilə təltif olundu- FOTO\VİDEO

Tarix:26-06-2021, 02:39

Xətai Sənət Mərkəzində Qafqaz Media İctimai Birliyinin təqdimatında Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirildi.                                            Tədbir Azərbaycan Respublikasının himninin səslənməsi ilə açıq elan edildi. Sonra torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan oğlan və qızlarımız bir dəqiqəlik sükutla yad olundu. Tədbirdə “Qafqaz-Media” İctimai Birliyinin sədri və Qafqazmedia.az saytının rəhbəri,  şair, publisist, həkim-jurnalist. Prezident təqaüdçüsü Azadə Taleh  qalib Azərbaycan Zəfərindən danışaraq Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla məğrur xalqımızı bir daha qələbə münasibəti ilə təbrik etdi. “Qafqaz-Media” İctimai Birliyinin sədri və Qafqazmedia.az saytının rəhbəri,  şair, publisist, həkim-jurnalist. Prezident təqaüdçüsü Azadə Taleh şəhid olan əsgərlərin xatirəsinin rəmzi olaraq qəbul edilən, həmçinin Azərbaycan ordusunun zəfər simvolu kimi də tanınınan xarı bülbüldən söhbət açdı. “Qarabağ Azərbaycandır” layhiyəsi əsasında “Qafqaz-Media” İctimai Birliyinin təsis etdiyi “Xarı Bülbül” medalı ilə bir sıra ziyalıları, media işçilərini təltif etdi. 
 
Ofelya Mədətqızı şair, publisist, dramaturq, prezident təqaütçüsü, 
Sabir Məmməd oğlu Məmmədov  İqtisadiyyat üzrə fəlsəfə doktoru, şair,  tədqiqatci, yazıçı jurnalist, bir neçə kitabların müəllifi.
Sona Xəyal- Hadıyeva (Sona Həmid qızı) 120-dən çox kitab müəllifi, tədqiqatçı yazıçı,
Ağayeva Dilbər Rəhman qızı hüquqşünas, yazıçı                                        
Rauf İlyasoğlu Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist, “Həkəri” qəzetinin təsisçisi və baş redaktoru, bir sıra kitabların müəllifi. 
Yeganə Telmanqızı XəbərTıme saytının rəhbəri, Həkəri qəzetinin xüsusi müxbiri
Taryel Əli oğlu Eyvazov Əməkdar həkim, Həkəri qəzetinin şöbə müdiri, jurnalist.
Firuzə Bəyməmməd qızı Əsədullayeva  Jurnalistlər Ekstremal şəraitdə İctimai Birliyinin sədri, Yazıçı - jurnalist, 6 kitab müəllifi.
Hacı Həsən Hüseynini Qarabağ qazisi, lahiyyatçı-yazıçı, “Həkəri” qəzetinin dini işlər üzrə şöbə müdiri.
Cəfərov Əliağa Qafar oğlu yazıçı, naşir.                      
Türkiyəli şair Azərbaycanı vətəni qədər sevən Fesih Alioğlunu “Xarı Bülbül” fəxri fərmanı ilə təltif etdi.                                                                                 
Tədbirdən sonra iştirakçı qonaqlar çay masası süfrəsinə dəvət olundu. İsti və mehriban münasibətə görə Xətai Sənət Mərkəzində inzibatçısı Nəzakət Əvəzovaya öz təşəkkürümüzü bildiririk.                                                                        
Bizdə “XeberTıme.az”  informasiya portalı və “Həkəri” qəzeti olaraq  Qafqazmedia.az saytının rəhbəri, şair, publisist, həkim-jurnalist. Azadə xanıma böyük,  yorulmaz fəaliyyətində və Azərbaycan üçün gördüyü əvəzolunmaz işlərində bol-bol uğurlar arzulayırıq. 

 

Yeganə Telmanqızı                                                        
 “XeberTıme.az”  





 
 
 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ