SON DƏQİQƏ

Xırdalan bazarında yanğın olub

Tarix:26-06-2021, 23:08

Abşeron rayonunun Xırdalan şəhərində bazar ərazisində yanğın olub.
XeberTıme.az xəbər verir ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

İlkin məlumata əsasən, yanğın nəticəsində bazar ərazisində 5 m² sahədə piştaxta və plasmas su çəni yanıb.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ