SON DƏQİQƏ

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" verlişi- FOTO\VİDEO

Tarix:27-06-2021, 00:57

Bu gün Dünya TV”-nin efirində canlı olaraq yayımlanan “Qanun və İcra” verlişinin 6-cı  mövsümünün final buraxılışı yayımlandı. 
Xatırladaq ki, “Qanun və İcra” verlişi hər şənbə günü saat 14:30-da Dünya TV”-nin efirində canlı olaraq yayımlanırdı. İyul və avqust aylarında verlişin təkrar buraxılışlarını izləyə biləcəksiz. 

Bu dəfə "Qanun və İcra" verlişində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186,187 və 188-ci maddələrini əhatə edən mövzular baradə fikir mübadiləsi aparıldı. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlandı, sonda isə verlişə ünvanlanmış suallar cavablandırıldı. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün verlişimizə ekspertlər dəvət etmişdik:


                                     

1. Ülviyyə Murtuzova - Yeni Nəsil Psixoloji və Sosial Dəstək İctimai Birliyinin  rəhbəri, Ailə məsələləri uzrə ekspert. 


2. Yeganə Telmanqızı - “XeberTıme.az” informasiya portalının rəhbəri, AJB-nin üzvü. 



                                                                                               4. Əli Adıgözəlov- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.



  
Ənənəmizə sadiq qalaraq Vətən müharibəsində döyüş yolu keçən şəhid mayor Rahib Babayevin, şəhid gizir Elmar Nəsibovun,  şəhid əsgər Nicat Nəbiyevin və qazi Fətulla Nəirovun şücaətindən söhbət açıldı.  

                         
Verlişin informasiya dəstəyi “XeberTıme.az” və “dünyatv.az” sayıtlarına məxsusdur.
Sizlərə sayıtımız vasitəsi ilə verlişin videosunu təqdim edirik. 




Yeganə Telmanqızı 
 
“XeberTıme.az” 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ