SON DƏQİQƏ

Bakı metrosunun zərəri 565 milyon manata çatıb

Tarix:30-06-2021, 09:43

"Bakı Metropoliteni" QSC 2020-ci ili 83,543 milyon manat zərərlə başa vurub.
XeberTıme.az xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 51,7% çoxdur.
Son nəticədə səhmdar cəmiyyətinin yığılmış zərəri 17,35% artaraq 565,24 milyon manata çatıb.
Ötən il "Bakı Metropoliteni"nin sərnişindaşımadan gəlirləri 21,623 milyon manat (əvvəlki ilə nisbətən 68,6% az), dövlət büdcəsindən aldığı dotasiya 67,679 milyon manat (37% çox), sair əməliyyat gəlirləri 3,534 milyon manat (38,1% az), istifadə etdiyi material ehtiyatlarının dəyəri 4,928 milyon manat (22,8% az), istifadə etdiyi neft məhsullarının dəyəri 680 min manat (9,3% çox), istifadə etdiyi elektrik enerjisinin dəyəri 6,628 milyon manat (40,9% az), istifadə etdiyi qazın dəyəri 168 min manat (2,3% az), istifadə etdiyi suyun dəyəri 4,156 milyon manat (0,8% çox), işçi heyəti üzrə xərcləri 44,66 milyon manat (3,1% az), torpaq, tikinti və avadanlıqlar üzrə amortizasiya xərcləri 103,413 milyon manat (7,9% çox), qeyri-maddi aktivləri üzrə amortizasiya xərcləri 179 min manat (17,8% çox), tikinti və avadanlıqlarının qalıq dəyəri 666 min manat (44,8% çox), digər xərcləri 7,532 milyon manat (19,15% az), sair əməliyyat xərcləri isə 3,37 milyon manat (29,1% az) təşkil edib.
Bu il yanvarın 1-nə "Bakı Metropoliteni"nin aktivləri 2 513,284 milyon manat olub ki, bu da illik müqayisədə 2,5% çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 9% artaraq 58,917 manata, balans kapitalı isə 2,4% artaraq 2 454,367 milyon manata, o cümlədən nizamnamə kapitalı 4,9% artaraq 3 019,606 milyon manata çatıb.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ