SON DƏQİQƏ

Sumqayıtda məhəllə daxili yolları asfaltlanır

Tarix:30-06-2021, 18:41

Sumqayıt şəhərində məhəllədaxili yollarda asfaltlanma işləri aparılır. 
Uzun müddət təmirsiz qalan 4 mikrorayonun daxili yolları asfaltlanır.              

Biriqada rəhbəri Güləliyev Rauf “XeberTıme.az”  informasiya portalının Sumqayıt və Abşeron bölgəsi üzrə müxbirinə öz müsahibəsində bildirdi:                                                                                      
- Bu lahiyə tendərdə udulan lahiyədir. Hal-hazırda Sumqayıt şəhər 4 mikrorayon 14 21saylı evin qarşısı və ara yollar asfaltlanır, ümumilkdə  siyahıda Sumqayıt şəhər ərazisində  asfaltlanacaq küçələr coxdur. İcra hakimiyyətinin başçısı hansı ərazinin asfaltlanmağına göstəriş veriləcəksə o ərazilərdə asfaltlanacaq.  Hal-hazırda 10 nəfərdən ibarət biraqada işləyir. Asfaltyayan və digər texnikalarımızda fəaliyyət göstərir. Biz əlimizdən gələni edəcəyik ki, gördüyümüz iş səliqəli olsun, sakinlərin rahatlığını təmin etsin və sakinlərdə məmnun qalsın. 

Yeganə Telmanqızı                                                         
 
“XeberTıme.az” 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ