SON DƏQİQƏ

MUSİQİ CƏLƏNGİ

Tarix:1-07-2021, 23:46

29 İyun 2021-ci il tarixində Aynur Yunusovanın "Musiqi Çələngi" adlı musiqili gecəsi keçirildi.Fidan Hacıyeva Vokal Musiqi Məktəbində məktəbin istedadlı tələbəsi Aynur Yunusovanın  "Musiqi Çələngi" adlı musiqili gecəsi baş tutdu. Gecənin vokal rəhbəri xalq artisti Fidan Hacıyeva, konsertmeystr Könül Abdullayeva idi. Musiqili çələngdə bir-birindən dəyərli bəstələr ifa olundu.

1) "Arşın mal alan" operettasından "Gülçöhrənin ariyası"
Musiqi: Üzeyir Hacıbəyov
 
2)"Arşın mal alan" operettasından Asyanın mahnısı
"Gözəlim yar gözəlim" 
Musiqi: Üzeyir Hacıbəyov
 
3)
"Əziz surət"
Söz: Zeynal Cabbarzadə
Musiqi:Tofiq Quliyev
 
4)
"Arzu"
Söz: İslam Səfərli
Musiqi: Niyazi
 
5) "Görüş" filmindən Lalənin mahnısı
"Arzular"
Söz: Zeynal Cabbarzadə
Musiqi: Tofiq Quliyev
 
6) "Bəxtiyar" filmindən
"Qızıl üzük"
Söz: Rəsul Rza
Musiqi: Tofiq Quliyev
 
"Arşin mal alan" operettasından Asyanın mahnısı -
"Gözəlim yar gözəlim". 
Duet halında ifa edirlər: xalq artisti Fidan Hacıyeva və tələbəsi Aynur Yunusova.
 
Sonda Xalq artisti Fidan Hacıyeva
Jorj Bizenin "Karmen" operasından Habanera ifa etdi. 

Konsertdə opera sevərlər iştirak edirdilər və çıxışçılardan ARİ-nın üzvü, rəssam, sərgi-tədbir təşkilatçısı Elnurə İsgəndərova belə gözəl sənət məbədlərinin istedadlı yeniyetmə və gənclərimizin həyatında əvəzolunmaz rol oydanığını və Aynur Yunusovanın da belə istedadlı gənclərimizdən biri olduğunu nəzərə çatdırıb. Xalq artistimiz Fidan xanıma bu gözəl amalında uğurlar arzuladı.
 
Xüsusi müxbir: Aygün Oqtay 
Fotoqraf: Vüsalə Yunusova 
“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ