SON DƏQİQƏ

İşinin peşəkarının sənət dünyası-MÜSAHİBƏ+ FOTO\VİDEO

Tarix:2-07-2021, 10:31

Müsahibim olduqca dərin zəkalı, sevimli işinin peşəkarı, inşaatçı mühəndis Həsən Muradovdur.  Memarlıq - insanın həyat və fəaliyyəti üçün məkan mühitini əmələ gətirən bina və qurğular sistemidir. Bu bina və qurğuların gözəllik qanunlarına uyğun olaraq yaradılması sənətidir.  Bakı şəhərində tikilən  möhtəşəm abidələrin içinin memarlıq və dizayner ustası olan Həsən Muradovu sizdə tanıyın: 


Güləsən (Həsən) Süleyman oğlu Muradov 24 may 1984-cü ildə Şamaxı rayonunun Birinci Çaylı kəndində inşaatçı ailəsində dünyaya gəlmişdir. Atası Muradov Süleyman 44 saylı tikinti idarəsində qızıl ordenli iş icraçısı vəzifəsində çalışıb. Xocalıda bir sıra tikinti lahiyələrinin iş icraçısı olub. Bu sənətə vurğunluq Həsənə atası Süleyman kişidən keçib. Bəli “Ot kökü üstə bitər” deyib atalar.      

Balaca Həsən 5 yaşından müqəddəs kitabımız olan Qurani Kərimi oxumağa başlayır. H.Muradov birinci sinifə Birinci Çaylı kənd tam orta məktəbinə gedib. İkinci sinifi əla qiymətlərlə başa vurur, ailə işlə əlaqədar olaraq Bakıya  köçür. Həsən təhsilini Bakı şəhər 272 saylı tam orta məktəbdə davam etdirir və dərs əlaçısı olur. S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü gimnaziyaya daxil olur və buranı bitirdikdən sonra sənədlərini 1 nömrəli Bakı peşə liseyinin nəqliyyat fakültəsinə verir. Buranı bitirdikdən sonra Bakı Asya Universitetinin “Jurnalistka” fakültəsinin məzunu olur. Sonra hər zaman arzusunda olduğu inşaat sahəsi üzrə təhsilini  Azərbaycan İnşaat Memarlıq Universitetinin idarəetmə fakültəsində davam etdirir.                                                   
Neçə illərdi inşaatçı mühəndisi sahəsində müəllif nəzarətçisi, iş aparıcısı vəzifəsində çalışır. Bakının bir sıra modernli binaların iç lahiyələrinin memarı olub. 2002-ci ildə “Amay” ticarət mərkəzinin qarşısındakı  Katltd şirkətində iş icraçısı vəzifəsində çalışıb. Caspian Plaza Lütifzadə texnologiya “Centir appolo” lahiyəsinin iş aparıcısı, müəllif nəzarətçisidir.  

                               
Bir sıra beynəlxalq mükafatlarla, naminasiyalarla və Fəxri diplomlarla təltif olunub:        
“Caspian Awarda 2020” Azərbaycan lahiyyəsində İş Adamı, “Caspian Awarda” 2020, “Trend  of The Year 2020” lahiyyəsində “İlin Trend İş Adamı, Türkiyə Gənclik Ödülləri, Des Dıamonds Of Turkey.  

                                                                                       
Sizlərə maraqlı müsahibimlə olan müsahibəmi təqdim edirəm:  
                                                                                                                        

Azərbaycan gözəlliklər məskənidir və bu gözəllikləri insanların rahatlığı üçün yaradan memarlardan birisiz.                    

- Biz memarlar, inşaatçı mütəxəsisləri  sevə-sevə, dünya standartlarına və fantazyaralımıza uyğun rənglər, dizaynlar seçərək  insanların rahatlığı üçün çalışırıq. Azərbaycanın paytaxtı Bakı şəhəri və Azərbaycanın müxtəlif   şəhərləri, rayon və kəndləri günü-gündən abadlaşır, gözəlləşir. Artıq Azərbaycan Respublikası dünyanın nəhəng ölkələri sırasına gəlib çatmışdır. 20 ildir inşaat sahəsində böyük və uğurlu işlər görmüşəm. Bundan sonrada möhtəşəm işlərlə imza ataraq xalqımın rahatlığını təmin etmək üçün daha uğurlu lahiyələrə rəhbərlik edəcəm.  

Ən çox sevdiyinizi və işlədiyiniz üslub hansıdır?            

- Müasir incəsənətin müasir üslubu olan modern janrında işləməyə daha çox üstünlük verirəm. Modern - memarlıqda, dizaynda və incəsəntdə bədii istiqamətdir. Modern üslubunun  incəsənətinin stilistik diapazonu genişdir, burada müxtəlif üslubların elementlərinin qarışığını görmək mümkündür. Hər bir üslubun iki vacib keyfiyyəti var: bu üslub birliyi və formanın obrazlığıdır.

Hər bir mütəxəsisin möhtəşəm əsəri olur.                                       

- Dünya səviyyəli Bakı Oxsford məktəbinin iç təmir dizayneri və Bakının ilk ən böyük mağazası olan EDEL mebel mağazasının iç təmir dizaynerinin iş aparıcısı olmuşam, Dünya səviyyəsində olan möhtəşəm binaların  təmir lahiyyəsindən istifadə etmişəm, təbii ki, hər bir mütəxəsisin beynini məhsulu olaraq öz fantazyasıda olmalıdır. Şükürlər olsun ki, özümə məxsus möhtəşəm bir iş alındı.   

                     
İllərdi sevdiyi peşəsindən zövq alaraq çalışan inşaatçı mühəndis Həsən Muradov sizə möhkəm can sağlığı, uzun, şərəfli ömür, işlərinizdə bol-bol və yeni uğurlar arzulayıram.                              inşaat mühəndisi Həsən Muradovla əlaqə tel: 

070 596 0008 
055 718 0008 
050 719 0008

Yeganə Telmanqızı                                                         
“XeberTıme.az”  

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ