SON DƏQİQƏ

Şəhid polkovnik-leytenant Qərib Baxşəliyevin ailəsi ziyarət olundu-FOTOLAR

Tarix:2-07-2021, 23:35

Qərib Baxşəliyevin dünyaya yeni göz açmış qız övladı Cənnət Baxşəliyevanın 40 günü münasibəti  ailə ziyarət olundu.  Amerikada yaşayıb elmi fəaliyyət göstərən həmyerlimiz, fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü Rauf Hüseynov, A&J Holdinqin direktor müavini, texnika elmləri doktoru, professor Ənvər Həzərxanov, AMEA Rəyasət heyəti elmi diaspora üzrə iş sektorunun müdiri, fizika üzrə fəlsəfə doktoru Yeganə Əliyeva, Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü, sərgi-tədbir təşkilatçısı Elnurə İsgəndərova, Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü,   "Abşeron Gənclərin İnkişafı" İctimai Birliyinin icraçı direktoru Aygün İsgəndərova ilə birgə Vətən müharibəsi şəhidi polkovnik-leytenant Baxşəliyev Qərib İnqilab oğlunun ailəsində  dünyaya yeni göz açmış qız övladı Cənnət Baxşəliyevanın 40 günü münasibəti ilə şəhidimiz ailəsini ziyarət ediblər. Xatırladaq ki, Cənnət bala şəhidimizin 4-cü övladıdır. Səmimi söhbət zamanı şəhid polkovnik - leytenantımızın keçdiyi şərəfli həyat yolundan bəhs olunub.
Vətənimizin müdafiəsi uğrunda canlarını fəda etmiş şəhidlərimizlə fəxr edir, qürur duyuruq.
 
Xüsusi müxbir: Aygün Oqtay 
“XeberTıme.az”


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ