SON DƏQİQƏ

Azərbaycanda vahid media reyestri yaradılacaq

Tarix:2-07-2021, 23:48

Azərbaycanda vahid media reyestri yaradılacaq. Bunu jurnalistlərə açıqlamasında MEDİA-nın inkişaf agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib.
O bildirib ki, bütün media subyektləri həmin reyestrdə qeydiyyata alınacaq. Həmçinin jurnalistlər vahid vəsiqə ilə təmin ediləcəklər.
Media İnkişaf Agentliyi tərəfindən həyata keçirilən müsabiqələr artıq media subyektləri üçün stimula çevrilib. Agentliyin icraçı direktoru Əhməd İsmayılov bildirib ki, agentlik tərəfindən ayrılan maliyyə dəstəyinin təyinatı üzrə xərclənməsinə ciddi nəzarət olunacaq. Neqativ hallar aşkarlanacağı halda maliyyə dəstəyi dayandırılacaq.
Əsas məqsədlərindən biri də media sahəsində iqtisadi müstəqilliyə nail olmaqdır. Mətbuat konfransında qeyd edilib ki, agentliyin əsas vəzifələri arasında peşəkar jurnalistikanın formalaşdırılması da önəmli yer tutur. 
Mətbuat konfransında bildirildi ki, müsabiqələr davamlı olacaq və bütün media subyektlərini əhatə edəcək.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ