SON DƏQİQƏ

Hərbi qulluqçuların müavinət alacaq uşaqlarının sayı AÇIQLANDI

Tarix:15-07-2021, 16:17

Azərbaycanda müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların müavinət alacaq uşaqlarının sayı məlum olub.
XeberTıme.az bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2006-cı il 1 yanvar tarixindən qüvvəyə minən “Sosial müavinətlər haqqında” Qanuna uyğun olaraq bəzi kateqoriya şəxslərin 16 yaşınadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşınadək) uşaqlarına, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət ödənilir:

“1 iyul 2006-cı il tarixinə olan məlumata əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarının hər birinə, ümumilikdə 478 nəfərə bu müavinət təyin olunaraq ödənilib. 01.01.2020-ci ildə olan məlumata əsasən, 119 nəfərə, ötən ilin ilk rübündə isə 137 nəfərə qeyd olunan müavinət ödənilib.

01.01.2021-ci il tarixə olan məlumata əsasən, sözügedən müavinəti alan uşaqların sayı 108, həmçinin cari ilin ilk rübündə 136 nəfər olub”.

“Hazırda müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına ödənilən müavinətin məbləği hər bir uşağa təyin olunmaqla 100 manatdır. Müavinət dövlət büdcəsi vəsaiti hesabına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilir”, - deyə qeyd edilib.

Qeyd edək ki, bu, ötən gün Prezident İlham Əliyevin imzaladığı “Hərbi qulluqçuların statusu haqqında” qanununa dəyişiklik edilməsi ilə mümkün olub. Nəticədə müddətli hərbi xidmətdə olan hərbçilərin övladlarına müavinət ödəniləcək.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ