SON DƏQİQƏ

GƏNCƏ SƏFƏRİNDƏN XOS TƏƏSSÜRAT

Tarix:15-07-2021, 16:39

GƏNCƏ SƏFƏRİNDƏN XOS TƏƏSSÜRAT 
Əziz dostlar hər birinizi Azərbaycanın dilbər  guşəsi İsmayıllıdan salamlayıram.İyulun 6-da səhər tezdən  Şamaxının təşkilatçı fəalları,ziyalıları, şairləri  üzü Gəncəyə sarı "Nizami Gəncəvi-880"  illiyi münasibətilə əlaqədar olaraq dahi şairin  Vətəni Gəncəni, Canını-qanını Doğma Qarabağın azad edilməsi yolunda qurban verən Şəhid oğulların ziyarətinə,Erməni Vəhşilərinin törətdiyi terrorun qurbanı olan şəhidlərin ziyarətinə,və dahi şair Nizaminin Məqbərəsini ziyarət etməklə şairin möhtəşəm ruhu qarşısında insanlıq borcumuzu yerinə yetirməyə gedirdik. Avtobusumuz hərəkət etdikcə Vətənimizin necə də gözəl əsrarəngiz olduğunu gördükcə,xain qonşuların niyə bizə bu qədər paxıl olmasının səbəbini özümə aydinlatmağa çalışırdım. Şamaxıdan uzaqlaşıb Ağsu dolaylarının göz işlədikcə füsunkar mənzərəsi,ucaliqdan Ağsu şəhərinin əsrarəngiz görünüşü,çinarların ucaligı,şəhəri ikiyə bölən Ağsu çayının o üz,bu üz sahili və ətrafında olan tikililərin gözəlliyi ruhumuzu təzələyirdi, o gün səhər hava əvvəlkilərdən fərqli olaraq səhər çiskinli cənli sərin idi.Agsuyu keçib üzü Göyçaya sarı getdikcə,yollar boyu adlarını oxuduğumuz kəndlər,yolboyunca düzənlərə sərələnib otlayan, gövşək çalan mal-qoyun sürüləri yamyaşıl təbiətə xüsusi gözəllik verirdi. Göyçayı keçərkən sakit axan Kürün suyunu doyunca görə bilmədim, sonra Ağdaş rayonu,ondan sonra Yevlax şəhəri gəlirdi,maşın şütüdükcə qəlbimdə misralar süzülse də yazmaq qeyri mümkün idi. Səfərdə olan bütün dostlar  Yevlaxda maşından düşüb ağacların sərinliyində qoyulan stollarda əyləşərək səhər süfrəsində Şirniyyatla çay içib,şəkil çəkdirdik. Yevlax şəhərində Ana Kürü bir də yenidən gördüm,nəhayət Qədim və tarixi şəhər olan Gəncəyə yaxınlaşdıqca,qəlbimdə olan sevinc və kədərli hissləri bir- birinə qarışır və bir birin üstələyirdi. Yollar boyunca möhtəşəm divarlar, Güllü -çicəkli  gözəl mənzərələr,qala divarları, Məşhur"XƏMSƏ"nin daş kitabələri: "LEYLİ-MƏCNUN" u, "İSGƏNDƏRNAMƏ"si, YEDDİ GÖZƏL" VƏ,S qarşısında xatirə şəklləri çəkdirə-çəkdirə şəhərə daxil olduq.Dogrusu nabələd olduğumuz üçün hara necə getməli olduğumuzu bilmirdik.Yolda maşını saxlayıb gənc bir oğlandan necə və hansı tərəfə gedəcəyimizi şorusduq .Həmin  qarabuğdayı gənc maşına minib bizimlə bir az gedib masindan düşmək istədisə də xahiş etdik ki,bizə bələdçilik etsin. Rizvan İbrahimov adlı bu gənc bizə həqiqətən əsil bələdçi oldu. Ən əvvəldə Erməni Vəhşilərinin törətdiyi terrorun qurbanı olan Şəhidlərin xatirəsi önündə Fatihə oxuyub,dua verdik və al qərənfillər düzdük,hər tərəf xarabazar,viranəliklər idi ki, Allah heç kəsə bu acını,o müdhiş günü bir də yaşatmasın.Həddən artıq təsirlənərək,göz yaşları içində,Mənfur Erməni vandallarina lənət oxuya-oxuya,maşına minib üz tutduq ŞƏHİDLƏR XİYABANINA. BURDA DA xiyabanın önündə xatirə şəkli çəkdirib Əllərimızdə əlvan qərənfillər, XİYABANDa uyuyan Şəhidlərin ruhuna dua oxuyub mezarlar üzərinə Qərənfil gülləri düzdük ŞƏHİDLƏR XİYABAŇİN ZİYARƏT ETDİKDƏN sonra  üz tutduq Gəncənin məşhur "İMAMZADƏ" TÜRBƏSİNƏ.ORDA DA TURBƏNİ ZİYARƏT EDİB,dualar  oxuyub,diləklərimizı  dilədik   Xatirə şəkli çəkdirdik. Bələdçimiz artıq   bizdən ayrılmalı idi deyə hər kəslə sağollaşıb ayrıldı,hər birimizin səmimi sevgisini qazanan bu gənc oğlana bütün dəstəmiz adından minnətdarlıq etdik və ona can sağlığı arzuladiq.Sonra üz tutduq şairin Möhtəşəm MƏQBƏRƏSİNƏ. BElƏLİKLƏ.İLLƏRLƏ HƏSRƏTİN CƏKDİYİM MƏQBƏRƏNİN VƏ İMAMZADƏNİN, ŞƏHİDLƏRİN ZİYARƏTİ BELƏCƏ BAŞA CATDİ. BU SƏFƏRİN TƏSKİLİ ÜÇÜN ŞAMAXI İCRA HAKİMİYYƏTİNİN BAŞÇISINA TAHİR ƏLİYEVƏ, ŞAMAXI AĞSAQQALLAR SURASİNİN SƏDRİ MAYİL ALICANOVA, ŞAMAXI "YASA MƏRKƏZİ"NƏ təşəkkürlər edirik.

Solmaz Şirvanlı,(AYNAZ CƏVAHİR KƏLAM), 45 milyonluq CƏNUBİ AZƏRBAYCANLILARIN "XALQ ŞAİRİ", AZƏRBAYCAN AŞIQLAR BİRLİYİNİN, AZƏRBAYCAN JURNALİSTLƏR İTTİFAQININ ÜZVÜ, HƏKƏRİ QƏZETİNİN ŞÖBƏ MÜDİRİ,"YURD" ƏDƏBİ-BƏDİİ JURNALİNİN XÜSUSİ MÜXBİRİ,"QIZIL QƏLƏM", "AZƏRBAYCAN BAYRAĞI', "NƏSİMİ" "İLİN VƏTƏNPƏRVƏR ŞAİRİ" və bir çox MEDİA DİPLOMLARINİN mükafatçısı.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ