SON DƏQİQƏ

"Duet" adlı musiqili gecə keçirildi

Tarix:18-07-2021, 23:35

İyul ayının 16-da Fidan Hacıyeva Vokal Musiqi Məktəbinin təsisçisi və direktoru Xalq artisti Fidan Hacıyevanın tələbələri ilə birgə "Duet" adlı musiqili gecələri olmuşdur. 
Musiqili gecəni açıq elan edərək musiqi məktəbinin direktoru, Xalq artisti Fidan Hacıyeva öz çıxışında: "Doğma Azərbaycanımızın işıqlı gələcəyi naminə çalışmaq mənim hər zaman həyat devizim olmuşdur. Mən bu məqsədimə çatmaq üçün dayanmadan, usanmadan çalışıram. Məhz Fidan Hacıyeva Vokal Musiqi Məktəbi bu amalla yaradıldı ki, məktəbimiz özündə milli və ümumbəşəri dəyərləri birləşdirərək klassik ənənələri ehtiva edir.Həmişə bu sənətimi, biliyimi gənclərə necə ötürəcəyim barədə düşünmüşəm və buna da əməl edirəm. Bizim bu kiçik fidanları cəmiyyətimizə layiqli şəkildə yetişdirməyi özümə borc bilirəm.Onların uğuru mənim uğurumdur. Onların uğurları ilə fəxr edirəm və çox sevinirəm" deyərək o bildirib.
Yüksək səviyyədə keçən konsertdə Xalq artisti Fidan Hacıyevanın tələbələri:
Ağakişiyeva Emiliya,  Atamoğlanova Həyanə, Eynalova Fərəh, Eyyubova Firuzə, Əliyeva Nərmin, İbrahimova Leyli, Hüseynova Almaz, Şirəliyeva Fatiməzəhra, həmçinin, musiqi məktəbinin fortepiano müəlliməsi Ceyla Həsənovanın tələbələri:
 Abbaslı Mehriban, Eynalova Fərəh, Həsənli Ayla və Hüseynova Zeynəb öz çıxışları ilə konsertdə öz məharətlərini göstərmiş, musiqili gecəyə  rəngarənglik qatmışlar.
Bu çıxışlar konsert iştirakçılarlı tərəfindən böyük alqışlarla qarşılanmışdır.
Sonda xatirə fotoları çəkilmişdir.
xebertime.az saytı adından Fidan Hacıyevanın Vokal Musiqi məktəbinə və məktəbin tələbələrinə uğurlar arzu edirik!.
 
Xüsusi müxbir: Aygün Oqtay 
Fotoqraf: Vüsalə Yunusova
“XeberTıme.az”


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ