SON DƏQİQƏ

Azərbaycan Milli Xalça Muzeyi anlaşma memorandumu imzalayıb

Tarix:18-07-2021, 23:51

Azərbaycan Milli Xalça Muzeyi Rusiya Federasiyası Çeçenistan Respublikasının Milli Muzeyi ilə anlaşma memorandumu imzalayıb. 
Sənədi hər iki muzeyin direktorları – Şirin Məlikova və Zalina Mamayeva imzalayıblar. İmzalanma mərasimi Ş.Məlikovanın Qroznı şəhərinə ezamiyyəti zamanı baş tutub. Qeyd edək ki, Azərbaycan Milli Xalça Muzeyi Çeçenistan Respublikasının muzeyləri ilə əməkdaşlıq etdiyi ölkəmizin ilk muzeyidir. 
Memorandum iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafı və genişləndirilməsi məqsədi daşıyır. Belə ki, muzey işi sahəsində tədqiqatlar aparılacaq, elmi işçilərdən ibarət nümayəndə heyətlərinin və metodiki ədəbiyyat mübadiləsi, birgə sərgi layihələri reallaşdırılacaqdır.
Bu sənəd Azərbaycan-Rusiya mədəni əlaqələrinin inkişafına daha bir töhfədir.
EN
The Azerbaijan National Carpet Museum signed a Memorandum of Understanding with the National Museum of the Chechen Republic, Russian Federation. The document was signed by the directors of both museums – Dr Shirin Melikova and Zalina Mamayeva. The signing ceremony took place during Dr Shirin Melikova's trip to Grozny. Notably, the Azerbaijan National Carpet Museum became the first museum in our country that started a cooperation with the museums of the Chechen Republic.
The memorandum aims to develop and expand cultural collaboration between the two countries. The museums will conduct research work, exchange delegations of scientific researchers and methodological literature, and organize joint exhibition projects.
This document is another contribution to the development of Azerbaijani-Russian cultural relations.
RU
Азербайджанский национальный музей ковра подписал меморандум о взаимопонимании с Национальным музеем Чеченской Республики Российской Федерации. Документ подписали директора обоих музеев – Ширин Меликова и Залина Мамаева. Церемония подписания состоялась во время поездки Ш.Меликовой в Грозный. Отметим, что Азербайджанский национальный музей ковра – первый в нашей стране музей, который начал сотрудничать с музеями Чеченской Республики.
Меморандум направлен на развитие и расширение культурного сотрудничества между двумя странами. Он предполагает проведение исследований в области музейной работы, обмен делегациями научных сотрудников и методической литературой, а также реализацию совместных выставочных проектов.
Данный документ является еще одним вкладом в развитие азербайджано-российских культурных связей.
 
Xüsusi müxbir: Aygün Oqtay 
“XeberTıme.az”


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ