SON DƏQİQƏ

Rauf İlyasoğlu- Mətbuat günü münasibəti ilə xalqımızı təbrik edirəm.

Tarix:22-07-2021, 23:28

Azərbaycan mətbuatı çətin ,keşməkeşli və şərəfli bir yol keçmişdir. 1875 ci ildə ilk mətbu orqanı olan Əkinçi qəzeti işıq üzü gördü.Milli dilimizdə çap olunan bu  qəzetin milli təfəkkurumuzün oyanmasında müstəsna xidmətləri olmuşdur.Həsən bəy Zərdabinin adiyla bağlı olan bu qəzet çar Rusiyasının dövründə  müstəqil fikir yürütdüyü üçün qəstdən  bağlandı. Sonradan bir çox qəzetlər  çap olunmaga başladı.
Rus imperiyası o dövrdə də ,inqilabdan sonrakı dövrlərdə də milli qəzetlərimizin müstəqil olaraq çap olunmasına əngəllər törədirdi.
Düz söz deyən xalqımızın qeyrətli oğulları 37 ci illərin qurbanına çevrildilər.
Hər dövrdə cəsarətli,prinsipial jurnalistlər olub və onlar müstəqil fikir bildiriblər. Hətta Kommunist qəzetinin 1955-70 -ci illərini vərəqləsəniz, felyeton janrında yazan cəsarətli jurnalistlərin imzalarına da rast gələ bilərsiniz.
1990 -92 ci illərdə  qəzetlərin çap olunmasına qadağalar qoyulan dövrlərdə   Səhər qəzeti ilk dəfə olaraq Xocalı soyqırımını dünyaya yaydı.
Əli Həsənovun mətbuata rəhbərlik etdiyi dövrlərdə bir qrup jurnalistlər öz məddah yazıları ilə gündəmə gələrək dövlətdən pulsuz imtiyazlar əldə etdilər.
Düz sözünü deyən jurnalistlər isə reket jurnalistlər adlandırılaraq qara siyahılara salındı. Əlbətdə ki qərəzkar jurnalistlər də peyda olmuşdu.Lakin bu o demək deyildi ki, beş on il fəaliyyət göstərən yazarlar mənzillə təmin olunurdular, 40 ilin jurnalistlərin heç adı da çəkilmirdi.
Söz azadlığı, dolayısı yolla boğuldu. Lakin buna baxmayaraq internet resursları yayıldıqdan yeni TV lər , saytlar meydana gəldi.Baxmayaraq ki bu saytların arasında təxribat xarakterli yazılar da paylaşılır. Amma hər halda ölkədə və dünyada baş verən hadisələrin sosial şəbəkələrdə yayılmasını müsbət hal kimi qəbul edirəm.
Onu da nəzərinizə çatdırım ki, mənfur, işğalçı  qonşularımız hər cür cəhtlə təxribatlar yayır, ana dilimizdə saytlar açaraq ölkəmizin əleyhinə dezinformasiyalar yayırlar.
44 günlük müharibədə şanlı qələbəmizə kölgə salırlar.
Ölkəmizdə rus meyilli, ermənipərəst və fars təmayüllü cəsuslar da fəaliyyət göstərir.
Narkotik vasitələrin qəstdən yayılmasına nə ad vermək olar? Gəncliyimizin məhf edən pate, şüşə deyilən narkotik maddələr harda istehsal olunur və yayılır?
Polis sistemi daha məsuliyyətlə  işləməlidir.Hər bir vətəndaş cəmiyyətimizin , gəncliyimizin məhf edən bəlaya qarşı mübarizə aparmalıdır.
Milli təhlükəsizlik nazirliyinin əməkdaslari fəaliyyətini gücləndirməlidir.
Ciddi kadr islahatları aparılmalıdır. Ermənilərlə qohumluq əlaqəsi olanlar ştat cədvəlində ən məsul vəzifələrdən kənarlaşdırılmalıdırlar.
Gündəmdə yayılan Tərtər faciəsi adıyla baş vermiş cinayətlər tam araşdırılıb xalqa  dəqiq məlumatlar verilməlidir.
Orduda milli satqınlar aşkar edilməlidir.
Saxta əlillik adıyla qazilərimiz, müharibə veteranlarımız təhqir olunmamalıdır.
Onların təqaüdləri birdən birə kəsilməklə çətin duruma salınmamalıdır.
Heç olmasa 6 aylıq pensiyaları saxlanılmalıdır.Saxta əlillik adıyla qurunun oduna yaş da yanmamalıdır, ölkədə iş tapmaq çox çətindir.İşsizliyin qarşısını almaq üçün  rüşvətxorluğun, korrupsiyanın ilk növbədə qarşısı alınmalıdır.
Məmur ozbasinaliqlarına son qoyulmalıdır.
Siyasi məhbuslara azadlıq verilməlidir. 
Kommunal xərclərinin artırılmasına son qoyulmalıdır. Güzəştlər tətbiq olunmalıdır
Şəhid ailələri, qazilərimiz və əlillərimiz şəhər nəqliyyatından pulsuz istifadə etməlidirlər.
Uşaq pulları təcili bərpa olunmalıdır.
Pensiyalar beş on manat yox, kişi kimi artırılmalıdır. 
Statistika komitəsinin yalan məlumatlarına son qoyulmalıdır.
yeni iş yerləri açılmalıdır. Jurnalistlərə diqqət və qayğı artırılmalıdır.
Pensiya sistemində köklü dəyişikliklər edilməlidir. 280 manat pensiya alan vətəndaş bu pulun yarısını kommunal xərclərə sərf edirsə , hansı ədalət prinsipindən danışmaq olar.
Sələmci banklar faiz dərəcələrini 5 faizə endirməlidirlər.
Neft, qaz çıxan ölkədə insanların yaxşı yaşamağa haqqı çatır.Mən demirəm ki, hər gün bizə qara ikra və ya Asetirin balığından versinlər.Amma dövlət istəsə bu xalq gözəl dolanar. 
Millət vəkili beş min manat aylıq maaş alanda sıravi vətəndaşların minumum əmək haqqı və pensiyaları günün tələblərinə uyğun olaraq azı 1500- 2000 manat civarında olmalıdır. 
Allahdan xalqımıza can sağlığı , məmurlarımıza insaf, qazılərimizə şəfa diləyirəm.
Hər birimiz şəhidlərimizə borcluyuq. Odur ki, şəhid ailələrinə , qazılərimizə, əlil insanlarımıza, sadə qələm sahiblərinə dövlətimiz diqqət və qayğısını daha da artırmalıdır. 

Peşə bayramınız mübarək əziz mətbuat işçiləri.
Rauf ilyasoğlu


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ